Sosial ipotekalarla bağlı yeni təkliflər irəli sürmüşük – Vüqar Bayramov

Sosial ipotekalarla bağlı yeni təkliflər irəli sürmüşük – Vüqar Bayramov

“Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın (2014-2025-ci illər) layihəsində bir çox məsələlərin müəyyənləşdirilməsi ilə bağlı yeni təkliflər irəli sürmüşük”.

Bununla bağlı SalamNews-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin sosial müdafiə nazirliyinə verilən təkliflərdən biri, ailələrə uşaqların sayının artırılması üçün maliyyə yardımlarının ödənilməsi ilə bağlıdır.

Ekspert qeyd edib ki, bununla bağlı dövlət tərəfindən də dolayı dəstəyinin verilməsi doğru olar: “Uşaqların sayı ikidən çox və qızların sayı isə birdən artıq olan ailələrdə valideynlər üçün pensiya yaşının azaldılması ilə bağlı təkliflər də var. Bu təkliflər nəzərə alınsa, bu, valideynləri uşaqların və qızların sayının artırılmasına təşviq edəcək. Gəlir vergisinin aşağı salınması ilə bağlı da işlərin görülməsinə ehtiyac var. Çünki bu məsələ də ailələrdə uşaqların sayının stimullaşdırılmasına dolayı yolla kömək edəcək”.

Vüqar Bayramov sosial ipotekalarla bağlı yeni təkliflər irəli sürdüyünü söyləyib: “Biz düşünürük ki, bu ipotekadan yalnız gənc ailələr deyi, subaylar da istifadə etməlidirlər. Bu gün gənclərin ailə qurmamasının əsas səbəbi evlərinin olmaması ilə bağlıdır. Bu baxımdan subayların da sosial ipotekalardan istifadə etmək haqqı var. Bundan başqa, ipoteka şərtlərinin 4 faizdən 2 faizə endirilməsi üçün təkliflər hazırlamışıq. Bu da gənc ailələrin və subayların sosial ipotekalardan səmərəli istifadə etmələrinə yardım edəcək”.

Leave A Comment