Bankların tətbiq etdiyi vergi vətəndaşlara necə təsir edəcək? – AÇIQLAMA

Bankların tətbiq etdiyi vergi vətəndaşlara necə təsir edəcək? – AÇIQLAMA

Banklara qoyulan depozitlərə gəlir vergisi tətbiq olunub. Banklara pul əmanəti qoyan şəxslər ildə 500 manatı ötəcək dividendlərinə gəlir vergisi ödəyəcəklər. Yəni bu o deməkdir ki, artıq əmanətçilər qazancının 10 faizini itirəcəklər.

Bəs cəmiyyət bunu – depozitlərə vergi qoyulmasını necə qarşılayır? Vergi tətbiq olunandan sonra əmanətçilər banklara pul qoyacaqlarmı, bu sahədə azalma müşahidə olunacaqmı? Beynəlxalq təcrübədə belə bir sistem varmı? Bu suallara aydınlıq gətirmək üçün iqtisadçı – ekspert Vüqar Bayramova müraciət etdik.

Ekspert Vüqar Bayramov ANN.Az-ın əməkdaşının məsələylə əlaqədar ünvanladığı sualları cavablandırıb:

“2015-ci ilin yanvarın 1-dən etibarən depozitlərin gəlirlərinə gəlir vergisi tətbiq olunur. İllik gəliri 500 manatdan artıq olan əmanətçilər üçün gəlir vergisi tətbiq olunacaq. Burda bir məqama diqqət yetirmək lazımdı ki, məsələn, vətəndaşın 10.000 manatlıq depoziti varsa, 10.000 manatlıq depozitdən il ərzində 1000 manat gəlir əldə edir. Bu vergi təbii ki, vətəndaşın 10.000 manatına deyil, il ərzində əldə etdiyi 1000 manatlıq gəlirinə tətbiq olunur. Söhbət depozitə deyil, depozitin gəlirinə verginin tətbiq olunmasından gedir. Çünki depozitin özü artıq dövriyyəyə, vergiyə depozit olaraq cəlb edilib. Bu baxımdan gəlir illik olaraq 1500 manatdan artıqdısa, o artıq vergiyə cəlb olunacaq. Digər məqam ondan ibarətdir ki, əvvələr hesablanmış gəlirlərə verginin tətbiq edilməsi mövcud qanunverciliyə əsasən tətbiq olunmayacaq. Amma digər tərəfdən nəzərə alsaq ki, əvvəlki gəlirə bu tətbiq edilə bilməz, vətəndaş həmin gəliri güzəşt müddəti başa çatdıqdan sonra əldə edirsə, həmin gəlir güzəşt müddəti başa çatdığı dövrdən sonra rəsmiləşdirilir.

Biz əslində təklif edirdik ki, bu vergi sığortalanan əmanətlərə tətbiq olunmasın. Siğortalanan əmanətlərə tətbiq olunmaması daha məqsəd uyğun idi. Güman olunur ki, bu xüsusən böyük əmanətlərin yerləşdirilməsində böyük çətinliklər yaradacaq. Vətəndaşlar bu zaman daha çox gəlir vergisi ödəmək məcburiyyətində qalacaqlar. Və bunun da nəticəsində insanlar daha çox iri həcmli əmanətləri banklara yerləşdirməkdən imtina edəcəklər. Bu da banka sahibləri üçün heç də əlverişli olmayacaq

Bundan başqa qeyd etmək istərdim ki, bu sistem demək olar bütün ölkələrin praktikasında var. Nəzərə almaq lazımdır ki, bəzi ölkələr artıq 2015 – ci ilin yanvar 1-dən bu vergini tətbiq etməyə başlayıb. Avropanın bir sıra ölkələrində, o cümlədən Almaniyada bu sistem 2015-ci ilin yanvarın 1-dən tətbiq olunmağa başlayıb”.

Orxan Aslanlı

ANN.Az

Leave A Comment