Rublun dəyərini itirməsi yerli fermerləri kartof əkinindən uzaqlaşdırıb – ekspert

Rublun dəyərini itirməsi yerli fermerləri kartof əkinindən uzaqlaşdırıb – ekspert

Rusiyada rublun məzənnəsinin aşağı düşməsi yerli fermerlərin istehsal ettikləri məhsullarla bağlı fərqli qərarlar almasına gətirib çıxarır”.

Bunu SalamNews-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, yerli fermerlərin itehsal etdiyi məhsulların növlərinin dəyişdirilməsi bazarlardakı qiymətin onlar üçün əlverişli olmamaması ilə bağlıdır: “Rublun məzənnəsinin aşağı düşməsi, həmçinin, Rusiyadan Azərbayacana gətirilən aqrar məhsulların qiymətlərinin azalmasına gətirib çıxarır. Hazırda Azərbaycana Rusiya ilə yanaşı, qonşu Türkiyədən və İrandan kartof məhsullarının daşınması əvvəlki illərlə nisbətən müqayisəli olaraq, kartofun qiymətinin enməsinə gətirib çıxarır”.

V.Bayramov əlavə edib ki, fermerlər qiymət azalmaları və neftin qiymətinin aşağı olması fonunda çəltik və s. kimi daha az əmək tələb edən digər məhsullar istehsal etməkdə daha çox maraqlıdır: “İndiki halda fermerlərin itehsal etdiyi məhsulların növlərinin dəyişdirilməsi bazarlardakı qiymətin onlar üçün əlverişli olmaması ilə bağlıdır. Ancaq, dənli bitkilərin ixracatına həm Rusiya, həm də bir sıra ölkələr müəyyən qadağalar tətbiq etdiyindən , bu kimi məhsulların istehsal olunmasında və bazara çıxarılmasında qiymət artımı müşahidə olunacaq. Nəzərə alınsa ki, Rusiya özü də kartof istehsal edir və indi ki halda onların bazarına kartof idxal etmək praktiki olaraq, qeyri- mümkün görünür. Rublun məzənnəsinin aşağı düşməsi eyni zamanda, digər ölkələrdən Rusiyaya gətirilən məhsulların qiymətinin dollar və rubl ifadəsində artmasına gətirib çıxarır”.

Leave A Comment