İpoteka almaq daha da asan olacaq

İpoteka almaq daha da asan olacaq

Mərkəzi Bank ciddi dəyişikliklərə hazırlaşır

İpoteka kreditlərindən bu il daha çox insan istifadə edə biləcək. Bu Mərkəzi Bankın həyata keçirməyə hazırlaşdığı yeniliklərlə mümkün olacaq. Bəs bu yeniliklərin nədən ibarət olması gözlənilir? “Xəzər Xəbər” məsələni ipoteka krediti almaq istəyənlər üçün araşdırdı…

Bu il daha çox insanın ipoteka kreditlərindən faydalanması üçün Mərkəzi Bank ciddi addımlar atmağa hazırlaşır. Bura ipoteka prosesinə yeni maliyyə mənbələrinin cəlb edilməsi, yeni ipoteka məhsullarının yaradılması və ipoteka kreditlərinin zəmanət mexanizminin gücləndirilməsi daxildir

Bu tədbirlərin görüləcəyi Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə yaydığı bəyanatda öz əksini tapıb. Hazırda ipoteka kreditləri 3 formada dövlət vəsaiti hesabına ayrılan-sosial ipoteka, Dövlət İpoteka Fondunun yerləşdirdiyi istiqrazlar nəticəsində verilən adi ipoteka və kommersiya banklarının öz vəsaitləri hesabına verdiyi ipoteka kreditləridir. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, sığorta şirkətləri, bank olmayan maliyyə qurumları və beynəlxalq maliyyə təşkilatlarınının vəsaitlərinin ipotekaya yönləndirilməsi mümkündür.

Mərkəzi Bankın yeni ipoteka məhsullarının yaradılmasında maraqlı olması bir sıra YENİ ipoteka formalarının yaranmasına da səbəb ola bilər. Bunlardan biri HAZIR MƏNZİL ƏVƏZİNƏ tikilməkdə olan binalardan daha ucuz qiymətə mənzillərin alınmasıdır.

İqtisadçının maraqlı təkliflərindən biri də inkişaf etmiş ölkələrdə tətbiq olunan fərdi ev tikmək planı olan şəxslərə ipoteka kreditlərinin verilməsidir. Bu kredit alanlara daha az vəsait götürməklə fərdi ev inşa etməyə şərait yaradır. Mərkəzi Bankın həyata keçirməyə hazırlaşdığı ən önəmli addımlardan biri də ipoteka kreditləri üzrə zəmanət mexanizminin formalaşdırılmasıdır. Bu planın reallaşdırılması vətəndaşları 20 fazilik ilkin ödəniş çətinliyindən xilas edəcək.

Leave A Comment