İpoteka kreditinin şərtləri yüngülləşdiriləcəkmi?

İpoteka kreditinin şərtləri yüngülləşdiriləcəkmi?

Vüqar Bayramov: “Daha az sənəd təqdim etməklə kredit almaq asanlaşacaq”

İpoteka kreditinin şərtlərinin yüngülləşdirilməsi ilə bağlı artıq uzun müddətdir ki, söz-söhbətlər gedir. Lakin nə şərtlər yüngülləşir, nə də bu istiqamətdə bir iş görülür. Hazırda kifayət qədər insan ev almaq üçün ipoteka kreditinin şərtlərinin yüngülləşdirilməsini gözləyir.

Bildiyiniz kimi, Azərbaycanda adi ipoteka kreditlərinin faiz dərəcələri kifayət qədər yüksəkdir. 8 faizlik ipoteka krediti faiz etibarilə kifayət qədər yüksək hesab olunur. Rusiyada adi ipoteka faizləri 3.7 faizdir. Norveçdə bu rəqəm 2 faizdir. Türkiyədə adi ipoteka faizləri 4 faizdir. Azərbaycanda 8 faizlə ipoteka kreditlərinin təklif olunması kifayət qədər yüksək faizdir. Bu da imkan vermir ki, aztəminatlı insanlar ipoteka proqramından istifadə edərək öz mənzil problemini həll edə bilsinlər. Faiz dərəcələrinin yüksək olması, tələb olunan sənədlərin sayının çox olması, bürokratik əngəllər vətəndaşın ipoteka proqramından səmərəli istifadə etməsində xeyli problemlər və əngəllər yaradır. Bu gün ölkədə ipoteka bazarının canlandırılması istiqamətində hansısa ciddi işlər görülmür. Bundan əlavə, Azərbaycanda bank sektoru şapka sindromundan yaxa qurtara bilmir. Bu sindrom ondan ibarətdir ki, bank hansısa məbləğdə kredit verirsə, onun müəyyən faizini müştəridən nəğd şəkildə alır. Bu isə ipoteka kreditinə kölgə salan məqamlardan biridir. Bir sözlə, ipoteka bazarında lori dillə desək, yüksək şapka tələb olunduğu üçün bu proses uğur qazana bilmir.

İqtisadçı ekspert V. Bayramovun sözlərinə görə, ümumiyyətlə, 2015-ci ildə sosial ipoteka kreditləşməsinə 50 milyon, adi ipotekaya 90 milyon, daxili ipotekaya 80 milyon manat ipoteka kreditinin verilməsi proqnozlaşdırılır: “Bu, o deməkdir ki, bütövlükdə 2015-ci ildə ipoteka kreditləşməsinə təxminən 250 milyon manata yaxın vəsait ayrılacaq. Məhz bu baxımdan bu il Azərbaycanda təklif edilən ipoteka kreditlərinin azalması deyil, əksinə ipoteka kreditləşməsinin məbləğ olaraq artırılması daha realdır. ABŞ-da FRB-nin uçot stavkasının dəyişməsinə və dünyada kredit resurslarının bahalaşmasına baxmayaraq, Azərbaycanda 2015-ci ildə birmənalı şəkildə ipoteka kreditləşməsinə ayrılan vəsaitlərin həcminin artacağı proqnozlaşdırılır”. İqdisadçı Vüqar Bayramovun verdiyi açıqlamaya görə, 2015-ci ildə bütün sosial ipteka kreditinə 50 milyon manat ayrılıb ki, bu da hər biri 4 faiz olmaq şərtiylə veriləcək.

“Bu il gənc ailələrə ayrılan sosial ipoteka keçən ilə nəzərən 25 faiz artacaq. 12 min gənc ailə ev almaimkanı qazanacaq”. – deyə bildirən V. Bayramov, 2015-ci ildə Mərkəzi Bankın sosial ipoteka sahəsində yeni imkanlar yaradılacağını da qeyd edib. Bu il adi və eyni daxili ipotekada hər birinə 9 milyon manata yaxın pul ayrılmaqla 6 minə yaxın ailəyə ev alma imkanı veriləcək.

O cümlədən iqdisadçı bildirib ki, Mərkəzi Bank 2015 – ci ildə ölkədə ipotekanın təkmilləşdirilməsi və yeniliklər gətirilməsi istiqamətində bir sıra addımlar atacaq:

“Mərkəzi Bankın yaydığı xəbərə görə , 2015-ci ildə elektron ipotekaya keçiləcək. Bu o deməkdir ki, insanlar internet üzərindən müraciət edərək ipotekla krediti almaimkanı qazanacaqlar”.-deyən V. Bayramov, daha az sənəd təqdim etməklə kredit almanın asanlaşmasını bildirib. Qeyd edək ki, ipoteka krediti almaq üçün 18 sənəd təqdim olunmalıdır ki, elektron ipoteka krediti ilə bu rəqəm iki dəfə azalacaq.

Qeyd edək ki, Azərbaycanda mərkəzləşdirilmiş ipoteka kreditləşməsi 2006-cı ildə start götürüb, ancaq artıq 2007-ci ilin iyun ayında vəsait çatışmazlığından 2009-cu ilin yayına qədər dayandırılıb. Kreditləşmənin bərpasından sonra dövlət yalnız sosial ipotekanı maliyyələşdirməyə başladı. Hal- hazırda ölkəmizdə Dövlət İpoteka Fondu xətti ilə ipoteka krediti verən banklar kifayət qədərdir. Bu kreditin göstəriciləri bütün banklarda eynidi. İpoteka fondu hesabına verilən İpoteka kreditlərinin faiz dərəcəsi illik 8%-dir və bu krediti siz 25 ilə qədər götürə bilərsiniz. (Maksimal məbləğ 50 000 AZN).

Bundan əlavə hərbiçilərə, qaçqınlara, əlil ailələrinə və s. şəxslərə İpoteka fondu xətti ilə güzəştli kredit də verilir. Güzəştli ipoteka isə 30 ilə qədər və illik 4% verilir.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən hər bir ailə (şəxs) yalnız bir dəfə istifadə edə bilər.

Leave A Comment