Əmanəti hansı valyutada saxlamalı?

Əmanəti hansı valyutada saxlamalı?

Mütəxəssislər əmanətçilərə tələskənliyə yol verməməyi tövsiyə edirlər

Manatın məzənnəsinin aşağı salınması üçün atılan addımlar banklarda əmanəti olan insanları da düşünməyə vadar edib. Bəziləri əmanətləri vaxtından öncə götürmək, bəziləri isə banka əmanəti hansı valyutada qoymaq haqqında düşünür. “Xəzər Xəbər” suallara mütəxəssislərlə birgə cavab axtarıb.

Manatın məzənnəsinin aşağı düşməsi, dolların isə bahalaşması ilə bağlı yayılan məlumatlar banklarda əmanətini manatla saxlayan vətəndaşlar arasında təlaşa səbəb olub.

Mütəxəssislərin apardığı araşdırmalar göstərir ki, əmanətçilərin bir qismi pulunu bankdan müqavilə bitmədən götürüb, bir qismi isə dollara çevirib. Ancaq iqtisadçı-ekspert Vüqar Bayramov banklarda əmanəti manatla saxlayan vətəndaşların bu tələm-tələsik atdığı addımlara zərurət olmadığını düşünür. Çünki manatın məzənnəsində enmə çox cuzi miqdarda olacaq və proses Mərkəzi Bankın nəzarətində qalacaq.

Mütəxəssis banklardan əmanətlərini müqavilə bitmədən götürmək istəyənlərin də tələskənliyə yol verməmələrini tövsiyyə edir. Çünki ani qərar əmanətçiləri iri həcmli gəlirlərdən məhrum edə bilər.

Bundan sonra banklara əmanət qoyanlara isə mütəxəssis məsləhət görür ki, həmin vəsaitlərin yerləşdirilməsində səbət prinsipindən istifadə etsinlər. Vəsaitlərin bir qismi manatla, bir qismi dollar, bir hissəsi isə avroda saxlanılması risklərin sığortalanmasında ən optimal variant hesab olunur.

http://www.xezerxeber.com/video/110735/video-emaneti-hansi-valyutada-saxlamali

Leave A Comment