Vüqar Bayramov: “AB alternativ qaz kəmərlərinin inşasında maraqlıdır” AÇIQLAMA

Vüqar Bayramov: “AB alternativ qaz kəmərlərinin inşasında maraqlıdır” AÇIQLAMA

“Avropa TANAP-ı tam olaraq dəstəkləyir və TANAP-a birmənalı şəkildə öz enerji təhlükəsizliyinin formalaşması və təmin olunmasında əsas layihələrdən biri kimi baxır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə TANAP-ı yalnız region üçün deyil, eyni zamanda Avropa Birliyi üçün əhəmiyyətli bir layihə kimi qiymətləndirmək lazımdır: “Cənub Qaz Dəhlizinin, eləcə də TANAP-ın reallaşması məhz Azərbaycan və ölkə Prezidentinin siyasi iradəsilə bağlıdır. Avropa Birliyi alternativ mavi qaz kəmərlərinin reallaşmasında və inşasında maraqlıdır. Nəzərə alsaq ki, Avropa Birliyi üçün enerji təhlükəsizliyi vacib elementlərdən biridir və praktik olaraq Avropa Birliyində təhlükəsizlik deyəndə enerji təhlükəsizliyi anlamına gəlir. O baxımdan enerjinin təhlükəsizliyinin təmin edilməsi Avropa Birliyinin müxtəlif idxal mənbələrindən istifadə etməklə mavi qazın Avropa Birliyinə, Avropa bazarına çıxarılması nəzərdə tutulur. Avropa Birliyi alternativ mavi qaz kəmərlərinin reallaşmasında və inşasında maraqlıdır. Bir müddət öncə Bakıda keçirilən Cənub Qaz Dəhlizinin nazirlər konfransında və eyni zamanda TANAP-ın təməlqoyma mərasimində Avropa Birliyinin təmsil olunması, Avropa Komissiyasının vitse prezidentinin iştirakı və çıxışı, hər iki tədbirin, eləcə də təməlqoyma mərasiminin Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Avropa TANAP-ı tam olaraq dəstəkləyir və TANAP-a birmənalı şəkildə öz enerji təhlükəsizliyinin formalaşması və təmin olunmasında əsas layihələrdən biri kimi baxır. Təbii ki, layihə Azərbaycandan başlayır və bildiyiniz kimi Cənub Qaz Dəhlizinin və eləcə də TANAP-ın reallaşması ilə bağlı Azərbaycan və eləcə də ölkə Prezidentinin siyasi iradəsi var və bu gün neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycanın praktik olaraq heç bir regional layihənin maliyyələşdirməsini dayandırmasada məhz ölkə Prezidentinin siyasi iradəsilə bağlıdır. Çünki Prezident birmənalı şəkildə Azərbaycanın imza atdığı və eyni zamanda maliyyələşdirməsi və inşası ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirəcəyini bəyan edib və bu baxımdan TANAP layihəsi Azərbaycandan başlamaqla digər qonşu ölkələrində cəlb olunduğu, o cümlədən Gürcüstan və Türkiyənin də cəlb olunduğu bir layihədir.”

Ekspertin sözlərinə görə TANAP layihəsi eyni zamanda praktik olaraq TAP layihəsinin başlanğıc fazasıdır: “Nəzərə alsaq ki, TANAP layihəsi vasitəsi ilə birinci mərhələdə 16 milyard kubmetr mavi qaz, Türkiyə bazarına və Türkiyə-Yunanıstan sərhəddinə çıxarılacaq, həmin mavi qazın 6 milyard kub metri Türkiyədə istehlak olunaraq satılacaq, digər 10 milyard kubmetr isə məhs Avropa ölkələrinə nəql ediləcək. Ümumiyyətlə növbəti mərhələdə TANAP və TAP layihəsilə Avropa bazarına çıxarılan mavi qaz yanacağının 31 milyard kubmetrə qədər yüksələcəyini praqnozlaşdırılır. Nəzərə alsaq ki, TANAP yalnız Azərbaycan mavi qazı deyil, eyni zamanda digər mavi qaz istehsal edən ölkələrin də bu layihəyə cəlb edilməsini və həmin mavi qaz ehtiyyatlarının Türkiyə, Gürcüstan, eləcə də Azərbaycan vasitəsilə Avropa bazarına çıxarılması nəzərdə tutulur. TANAP eyni zamanda strateji layihə olmaqla regionun mavi qazının kifayət qədər rəqabətli və alıcılıq qabiliyyəti yüksək olan bazara çıxarılması nəzərdə tutulur”.

Ekspert onu da qeyd etdi ki, TANAP kəməri inşa edildikdən sonra və eləcə də paralel olaraq TAP kəmərinin inşa olunması nəzərdə tutulur: “Qeyd etdiyimiz kimi, TANAP mavi qazı Türkiyə – Yunanıstan sərhəddində TAP kəmərinə verəcək. TANAP layihəsi daxili şəbəkə vasitəsilə Bolqarıstan mavi qaz alacaq və o cümlədən Türkiyə və Gürcüstanın həmin kəmərdən faydalanmaq imkanı olacaq. Eyni zamanda TANAP TAP layihəsinin başlanğıc fazası olduğuna görə bu kəmər vasitəsilə Avropaya çıxarılan qaz Bolqarıstanla kifayətlənməyəcək. Mavi qazın Yunanıstan, Albaniya, Bosna Hersoqovina, Montoneqra, Xorvatiya və son olaraq İtaliyaya qədər ötürülməsi nəzərdə tutulur və praktik olaraq əsas məqsəd İtaliyanın cənubuna mavi qazın çıxarılmasından ibarətdir. Eyni zamanda mavi qazın İtaliya bazarına çıxanadək digər Avropa ölkələrinin məhs həmin kəmərdən faydalanması üçün imkanlar açacaq. Bu baxımdan TANAP sadəcə regionda yerləşən ölkələrin deyil, eləcə də Avropa Birliyinə üzv olan ölkələr üçün də mavi qaz təminatında ciddi eyni zamanda həlledici təsirə malik olacaq və bu imkan verəcək ki, Avropa istehlakçıları Azərbaycan mavi qazından istehlak etmək hüququna malik olsunlar. TANAP layihəsi cənub qaz dəhlizinin bir elementidir. TANAP layihəsinin reallaşması Cənub Qaz Dəhlizi çərçivəsində nəzərdə tutulan fəaliyyətlər üçün baza yaradıcısıdır. TANAP layihəsi yalnız Azərbaycan mavi qazının Türkiyə və daha sonra TAP vasitəsilə Avropa bazarına çıxarılmasını deyil, eyni zamanda həm region ölkələrinin Türkmənistanın hətta gələcəkdə İraqın mavi qaz ehtiyyatlarının Avropa bazarına çıxarılması nəzərdə tutulur. Bu da praktik olaraq Türkmənistan üçün yeni imkanlar yaradır. Türkmənistan mavi qaz xəttinə qoşulmaqla cənub qaz dəhlizində iştirak etməklə öz mavi qazını alternativ bazara çıxarmaq imkanı olacaq. Alternativ bazar daha yüksək qiymət təklif etməkdir və region ölkələrin bu kəmərin reallaşmasından daha çox gəlir əldə etməsi deməkdir”.
Orxan Faiqov

Leave A Comment