“Neftin dünya bazarındakı qiyməti yaxın müddət üçün 60 dollar ətrafında dəyişəcək”

“Neftin dünya bazarındakı qiyməti yaxın müddət üçün 60 dollar ətrafında dəyişəcək”

“Ümumiyyətlə neftin dünya bazarında qiymətlərini proqnozlaşdırmaq praktiki olaraq çox çətindir”

“Neftin dünya bazarındakı qiymətinə iqtisadi faktorlar təsir etsə də, buna həm də siyasi səbəblər təsir göstərir. Praktiki olaraq neftin dünya bazarındakı qiymətinin formalaşmasında siyasi və geosiyası vəziyyət öz rolunu oynayır”.

Bu sözləri Ölkə.Az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, neftin qiymətində olan bütün dəyişikliklər ABŞ-da bu sahəyə olan tələbatın artması ilə əlaqədardır.

“Aprel ayında neftin qiymətində baş verən artımlar ABŞ-da neftə olan tələbatın artması ilə əlaqədardır. Eyni zamanda təbii ki, Yəməndə baş verən hadisələr də öz təsirini göstərdi.
Güman olunur ki, neftin dünya bazarındakı qiyməti yaxın müddət üçün 60 dollar ətrafında dəyişəcək.

Artıq ABŞ-da neftə olan təlabat artmaqda davad edir. İqtisadi baxımdan tələbatın artması neftin qiymətinin yüksəlməsinə səbəb ola bilər.

Qeyd edim ki, neftin qiymətində olan artımlara təsir həm də İrana olan saksiyalara görə, dəyişə bilər.

Bütövlükdə neftin dünya bazarındakı qiymətini proqnozlaşdırmaq çox çətindir, amma bununla yanaşı güman olunur ki, hələlik bu qiymət 60-70 dollar arası olacaq.
Növbəti dönəmdə isə bu qiymətlər birbaşa tələbatdan və ABŞ-ın bu istiqamətdə siyasətindən asılı olacaq”.

Qeyd edək ki, “LUKOİL” neft şirkətinin prezidenti Vahid Ələkbərov “qara qızılın” dünya bazarlarındakı qiymətlərinin dəyişməsini şərh edərkən neft başda olmaqla enerji daşıyıcılarının qiymətlərinin daha düşməyəcəyini bildirmişdir.

Fatimə İbrahimova
Ölkə.az

Leave A Comment