Şəbəkə ticarəti – Əhali necə aldadılır

Şəbəkə ticarəti – Əhali necə aldadılır

Son zamanlar sosial şəbəkələrdə yayılan və sıx-sıx reklam olunan bir çox “online” iş elanları var ki, şəbəkə ticarəti vasitəsi ilə həyata keçirilir.

Əvvəlcə şəbəkə ticarətinin necə yarandığı haqqında qısa məlumat verək.

Şəbəkə ticarəti, digər adı ilə “network marketing” kimi tanınan, 21-ci əsrin geniş yayılmış “online” ticarət növüdür. Bu ticarət növü, 1920-30-cu illərdən istifadə olunmağa başlayıb. Şəbəkə ticarəti, şəbəkə biznesi ABŞ-dan gəlib. Milyonlarla insanın aldadılmasından sonra, ABŞ-da bu bizneslə məşğul olmaq, Asiya və inkişaf etmiş bir çox Avropa ölkələrində isə qeydiyyat üçün üzvlük haqqı alınması qadağan edilib. 1940-cı ildə “California Vitamins” adlı firma satış təmsilçiləri nə qədər çox olarsa, satışın bir o qədər artdığını müşahidə edib. Üzvlərinin sayını artıran şirkət, onların yaxınlarının, qohumlarının hesabına satışlarını çoxaldıb. Bunu anlayan şirkət məhsullardan məmnun qalan müştərilərə satış etmək şərti ilə, onlara komissiya haqqını verəcəklərini bildirib. Və zamanla piramida sistemi ilə minlərlə insan aldadılır.

“Network marketing”, və ya “multilevel marketing” sistemləri olaraq məlum olan bu ticarət növü ilə bağlı qanunvericilikdə xüsusi maddə olmaması, hər il yüzlərlə, hətta minlərlə insanın şəbəkə ticarət nümayəndələri tərəfindən aldadılmasına gətirib çıxardır. Dünyanın bir çox ölkələrində mütəxəssislər bir çox firmaların sosial şəbəkələr üzərindəm satış üçün piramida sistemi qurmasının qarşısını almaq üçün ağır cinayət cəzası tətbiq edilməsinin şərt olduğunu bildirir.

Yaxın ölkə olanTürkiyədə şəbəkə ticarətindən hər il yüz minlərlə insanın aldadıldığı məlum olub. Ölkəmizdə də son illər yayılmış bu ticarət növünə insanların kor-koranə meyl etməsi, sonda onların aldadılmasına yol açır.

“Piramida istemli şəbəkə ticarəti Azərbaycanda qadağan edilməlidir”.

Bunu iqdisadçı Vüqar Bayramov ATV.az-a açıqlamasında bildirib.

“Piramida ticarəti, birmənalı şəkildə insanların aldadılmasına gətirib çıxarır. Monitorinqlər göstərir ki, bu ticarətə qoşulan insanların böyük qismi zəif təhsil alanlardır. Bu səbəbdən asanlıqla aldanaraq şəbəkənin qurbanına çevrilirlər. Bu biznesin fəlsəfəsi insanların öz ziyanlarını yeni üzvlər hesabına təmin etmək istəyi üzərində qurulur, qazanan isə şirkətlər olur”.

Vüqar Bayramov onu da qeyd edib ki, bu yolla yığılan pullar nə insanlara, nə də ölkəyə xeyir vermir. Heç bilmədiyimiz, tanımadığımız bir şirkətin hesabına köçür”.

Necə deyərlər yağlı-ballı, ütülü sözlərlə insanları şirnikləndirən şəbəkə işçiləri, insanları aldadaraq böyük sərvət sahibinə çevrilməklə yanaşı, həm də cəmiyyətdə qarşılıqlı etimadsızlıq mühitinin yaranmasında böyük pay sahibi olurlar.

Natavan ABDULLA

Leave A Comment