“Ev alanların sayı minimuma düşüb” – Ekspertdən yanğın şərhi

“Ev alanların sayı minimuma düşüb” – Ekspertdən yanğın şərhi

“Bakıda baş vermiş yanğın hadisəsi penoplastlarla üzlənmiş binalarda mənzillərə tələbatı azaldıb”.

Bu sözləri AzNews.az-a iqtisadçı-ekspert Vüqar Bayramov yanğın hadisəsinin mənzil bazarına təsirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, son 2 gün ərzində sözügedən sahədə durğunluq müşahidə olunur: “Hazırda mənzil bazarında durğunluq var. Bu proses bir müddət əvvəldən başlayıb. Ötən 2 gün ərzində də dəyişən bir şey olmayıb. Satıcı sayı dəyişməyib, amma alıcıların sayı minimum dərəcədə azalıb”.

V.Bayramov yanğın hadisəsinin ümumi mənzil bazarına təsir etməyəcəyini deyir: “Sözügedən faciəvi hadisə penoplast üzlüklü binalarda mənzillərə tələbatı azalda bilər. Çünki vətəndaşlar həmin binalarda mənzil almağa maraqlı deyillər. Amma üzlüklər sökülərsə bu, mənzil bazarına təsiri minimuma endirəcək”.

Qeyd edək ki, paytaxtda penoplast üzlüklü 236 bina var.

Nigar

Leave A Comment