Qərbi Asianın nəhəngləri. İran yoxsa Krallıq ?

Qərbi Asianın nəhəngləri. İran yoxsa Krallıq ?

Nicat Hacızadə

Aparıcı iqtisadçı
İqtisadi və Sosial İnkişaf Mərkəzi

Dünya mətbuatında bu gün əsas müzakirə olunan məsələ Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasındakı məsələdir. Təbii ki, məsələyə iqtisadi faktordan baxacağıq.

Hər iki ölkə Asia regionunda əsas iqtisadi fundamenta və gəlirliyə, yüksək iqtisadi gücə malik ölkələrdir. Amma bu iki ölkə arasındakı münasibətlər, ikitərəfdən hər hansı birinə təsir edəcəkmi, bu artıq müəyyən müqayisəli üstünlüklər mövzusudur.

1.Səudiyyə Ərəbistanı 2015-ci il üçün dünyanın ən nəhəng neft ixracatçılarından biridir və liderliyini 2015-ci lldə davam etdirib. Krallıq İrana nisbətdə Qərblə yetərincə unikal iqtisadi, maliyyə və ticarət əlaqələri var
Nümunə olaraq deyə bilərik ki, Amerikanın idxalatı bütün sahələrdə olduğu kimi neft sahəsindədə eynidir, yəni diversifikasiya olunmuşdur və buna rəğmən Səudiyyə Amerikanın neft importunda 2-ci yerdədir və ərəb neftinin əsas alıcılarındadır. Rəqəmlə ifadə etsək 47,9 mlrd ABŞ dollarıdır ki, bununda 98%-i, yəni 45,5 mlrd neft və neft məhsullarının payına düşür. Son 10 ildə Amerika ilə Krallıq arasındakı ticari əlaqələr 16% ə qədər, son 4 ildə 9%-ə qədər artıbTəbii ki, idxalatı azaldır və biz buna toxunacağıq. Bundan Əlavə Avropa birliyi ölkələrindən ən güclü iqtisadiyyata malik Almaniya götürsək, Almaniyadan import Krallığa 11,9 mlrd ABŞ dollardır ki, bu rəqəm Səudiya üçün idxalının 7%-n təşkil edir, Almaniyaya ixracat 1,7 mlrd ABŞ dollarıdır ki, buda Almaniyanın ümumi importunun 0,1% təşkil edir və əsas 79% neft və neft məhsulları tutur.

Bütün bunlardan belə bir nəticəyə olar ki, Səudiyyə iqtisadiyyatı neftdən tam asılıdır və qeyri-neft sektoru iflic vəziyyətdədir. Ölkədə daxili istehsal zəif, xüsusən qida ehtiyacının 69%-i idxalın payına düşür. Bundan əlavə makro iqtisadi göstəricilərə baxsaq, 2015ci il büdcəsinə əsas rekord defisit yarananıb ki, 98 mlrd dollar təşkil edir. Gələn il üçün ixracat 0.9% artırılması planlaşdırılır ki, bu da günə 10.2 milyon barel deməkdir. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanın əsas ixracatı 80% yaxın neft məhsullarıdır, ancaq azalma hal-hazırki dövrdə ciddi təsir göstərməyəcək. Səbəb mövcud ölkənin 628 milyard ABŞ dolları miqdarında valyuta rezervləri olmasıdır. Təhlükəli məqam son 5 ayda 70 milyard rezervin yerli valyutanın saxlanılmasına və dövlət maliyyə siyasətinə kömək etmək üçün xərclənməsidir. Bundan əlavə 2014-cü il üçün yarımadanın rezervləri 732 milyard ABŞ dolları idisə də, 104 milyard dollar xərcləmələr olub. Bütün bunlar, hal-hazırki, neft qiymətilə 7 ilə Yarımadanın rezervlərinin sona çatması deməkdir.

Bundan əlavə Krallıq parlamenti Neftin qiymətini 2016cı il üçün 40.3 ABŞ dolları miqdarında hesablayıb. 2015-ci ilin əvvəlində bu rəqəm 64.8, sonra isə 49 oldu.

Dövlət borcuna qaldıqda isə İyul ayına qədər Krallığın borcu 30 milyard ABŞ dolları idi, hal hazırda 38 milyard ABŞ dollarıdır, buda Ümum Daxili Məhsulun 5.8% təşkil edir.

Gəlirlərin azalmasını nəzərə alan Səudiyyə investisiya xərclərini 19.3% azaldaraq, 2016-cı il üçün 59 Mlrd ABŞ dolları miqdarında saxlayıb. Nəzərə alsaq ki, yarımadanın büdcəsi yetərincə defisitə malikdir və 2015-ci ildə gəlirlər 163 milyard ABŞ dolları azalıb, buda 2009 Qlobal Maliyyə böhranında ( 123 mlrd ABŞ dolları) sonra ən böyük azalmadır.

2. İran İslam Respublikası Asia regionun da dayanıqlı iqtisadiyyata malik ölkə kimi tanınır. Xüsusən İran İslam İnqilabından sonra Amerika tərəfindən dəfələrəcə müxtəlif sektorlar üzrə tətbiq olunan sanksiyalar İran iqtisadiyyatına müəyyən mənfi təsirlərlə bərabər, müsbət islahatlar yolda açdı. İran dünynaın neft-qaz ehtiyatlarına malik ilk 4 ölkələr sırasındadır. Lakin Krallıqdan fərqli olaraq uzun illərdi siyasi cəhətdən qərblə olan soyuq münasibətlər ölkənin iqtisadiyyatını bir qədər ləngitmiş, xarici valyuta ehtiyatlarının dəyərdən düşməsinə gətirib çıxartmışdır.
1 USD = 29,830.00 IRR 1 IRR = 0.0000335233 USD

İran Amerikaya ixracat həyata keçirə bilməsədə, amma Amerikadan 148,5 mln ABŞ dolları idxal həyata keçirir ki, buda İranın ümumi idxalının 0,3% təşkil edir.

Sual doğura bilər ki, ABŞ dolları qarşısında ən çox zəifləyən valyutalardan hesab olunan İRAN rialı ölkə iqtisadiyyatını nəyə görə iflic etməmişdir. Səbəb çox sadədir. İranın ixrac və idxalı arasında 20 millyardlıq müsbət saldo var və ölkənin cari, istehlak səbətinə daxil məhsullarınn 95% daxili istehsaldı, o cümlədən 95% daxili istehsalın cəmi 14% xarici xammaldır.
Sual oluna bilər ki, Səudiyyada müsbət saldo 193 mlrd ABŞ dollardırı və İRANdan dəfələrcə çox. Krallıqda iqtisadiyyatın 90%-i nefdən gələn gəlirlərdir və iqtisadiyyat diversifikasiya olunmayıb.

Amma təbii ki, valyuta rezervləri və dövlət borcuna görə İran Krallıq nümayəndəsinə uduzur. Xarici valyuta ehtiyatı 68,06 milyard ABŞ dolları təşkil edir, o cümlədən dövlət borcu İranın ÜDM payı 16,3% təşkil edir. Təbii ki, İranın dövlət borcu əsasən şəriət qayda qanunlarına əsaslandığı üçün qaytarma problemi yaşamır və həmçinin strateji borc sayıldığı üçün çətinlik yaratmır.

Sonda hər iki ölkənin mikro və makro iqtisadi göstəricilərindən sonra, iki ölkə arasındakı iqtisadi dövriyyəsinə baxsaq məsələ bir qədər fərqlidir. Krallıq diplomatik əlaqələri kəsməsi, iqtisadi əlaqələrində zəifləməsinə gətirib çıxardacaq. rəqəmlər göstərir ki, hər iki tərəf bundan yetərincə ciddi ziyan görməyəcək. Lakin burada nisbətən Krallıq üçün zəif nəticələr var. Belə ki, İranın Səudiyyədən idxalı cəmi 45,2 milyon ABŞ dollarıdır, buda İranının ümumi idxalının 0,1% hissəsidir. 2011-2015-ci illər ərzində 35% ə qədər azalmada var. İdxalda əsas yeri qiymətsiz metallar tutur ki, buda 27%dir. Səudiyyənin İrandan idxalı isə 136,6 mln ABŞ dollarıdır ki, bu da Krallığın idxalının 0,1%dir. Əlavə olaraq idxalda 2%-ə qədər artımda müşahidə olunur. İdxalda əsas paya dəmir və poladdır ki, Krallıq boru istehsalında istifadə edir.

Turizm cəhətdən götürsək hər iki ölkə əsas İslam dinin müqəddəs ziyarət məkanlarına sahib olduğundan turist axını hər iki ölkəyə, əsasəndə HƏCC mövsümündə İrandan Səudiyyə ərəbistana yetərincə İranlı zəvvar gedir. Amma məhzəblər arası qarşıdurmaya əsasən İrana ziyarətə gələn ərəb ziyarətçilər azlıq təşkil edir.

Yekun olaraq qeyd etmək lazımdır ki, iqtisadi münasibətlər kəsilərsə hər iki ölkə müəyyən mənada zərər görəcək. Amma statistik rəqəmlərdən məlum olur ki, ciddi şəkildə heç bir təsir olmayacaq, çünki hər iki ölkənin ümumi idxal ixracatında pay 2% həddini aşmır.

Leave A Comment