Vətəndaş Cəmiyyəti Forumuna keçirilmiş seçkinin nəticələri

Vətəndaş Cəmiyyəti Forumuna keçirilmiş seçkinin nəticələri

İyul ayının 6-da Azərbaycanda 4-cü Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumuna seçkilər keçirilib.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu keçirilmiş seçkinin nəticələri barədə “Deyerler.org”a məlumat verib: “Budəfəki seçkidə iştirak üçün Azərbaycandan rekord sayda namizəd, 111 QHT və gənclər təşkilatları müraciət edib. Seçkidə 35 nəfər iştirak edib, etibarlı bülletenlərin sayı da 35 olub. Bu təşkilatlardan 26-sını seçməyi nəzərdə tutmuşduq. Səsvermənin nəticələrinə görə 31 təşkilat seçildi.

Seçki təxminən 5 saat ərzində davam elədi. Yekunda seçimimizi edə bildik və Azərbaycanda tanınmış təşkilatları seçkilərdə qalib oldular. Seçkilərdə regionlardan da təşkilatlar seçildi. Gəncədən üç, Şəkidən bir təşkilat seçkilərdə qələbə qazandı. Düşünürəm ki, yaxşı bir komanda formalaşdı və inanıram ki, bu komanda 4-cü Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər”, – deyə Q.İbadoğlu bildirib.

 

Seçkinin nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

 

Leave A Comment