2026 İQTİSADİYYAT MÜSABİQƏSİ BAŞLAYIR
2026 İqtisadiyyat Müsabiqəsinə start verildi! Bu müsabiqə şagirdlərin iqtisadi biliklərini artırmaq, analitik düşüncələrini inkişaf etdirmək və real həyatda düzgün maliyyə qərarları vermək qabiliyyətini formalaşdırır.
Müsabiqə mərhələləri:
• Məktəb turu: 10–19 Mart (Onlayn)
• Regional tur: 13–17 Aprel (Onlayn)
• Milli tur: 4–15 May (Bakı)
Beynəlxalq final turu:
İngilis dilində tam iştirak edən şagirdlər 10–14 Avqust tarixində, Yunanıstan, Qədim Olimpiya şəhərciyində yarışmaq imkanı əldə edəcəklər – yalnız Top 5 iştirakçı üçün.
Azərbaycan və ya rus dilində iştirak edən şagirdlər isə xüsusi sertifikatla təltif olunacaqlar.
İlk turda iştirak edən bütün şagirdlər avtomatik olaraq onlayn sertifikat alacaqlar.
Məktəb qeydiyyatı: 16–28 Fevral
Qeydiyyat linki:
https://forms.gle/RGD5ftZUahsufDeY7
Şagirdlərimizin son beynəlxalq uğurları – 2024-cü ildə Gümüş medal və 2025-ci ildə Bürünc medal – göstərir ki, komandamız hər il yüksək nəticələr əldə edir. Bu il də 2026 İqtisadiyyat Müsabiqəsində böyük hədəflərə doğru irəliləyirik!
Gələcəyin iqtisadçıları bu müsabiqədə formalaşır – siz də qoşulun!
#İqtisadiyyatMüsabiqəsi #İqtisadiyyatOlimpiadası #EO #EO2026 #İqtisadiSavadlılıq
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Caspian Plaza, 3-cü blok, 14-cü mərtəbə. C.Cabbarlı küç. 44, Bakı, AZ1065, Azərbaycan
(99412) 5943665
info@cesd.az
B.e. – Cümə 9:00. – 18:00
