|
|
|
Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2009-cu il büdcəsinin icrası haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft
Fondu haqqında Əsasnamə"yə və Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr
tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun illik gəlir və
xərclər proqramının (büdcəsinin) tərtibi və icrası
Qaydaları"na müvafiq olaraq Azərbaycan
Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət
Neft Fondunun 2009-cu il büdcəsinin icrası ilə bağlı
hesabat təqdim edilmişdir. Həmin hesabata dair
Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və
Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu
beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş
auditinin nəticələrini nəzərə alaraq,qərara
alıram:
1. Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2009-cu il
büdcəsinin icrası gəlirlər 8 176 692,0 min manat,
xərclər 5 294 496,6 min manat və ya Dövlət Neft
Fondunun 2009-cu il büdcəsində nəzərdə tutulana
nisbətən gəlirlər üzrə 97,8%, xərclər üzrə 99,5%
səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Sıra N-si |
Göstəricilər |
Min
manatla |
Gəlirlər |
8 176
692,0 |
1. |
Azərbaycan Respublikasının payına düşən
karbohidrogenlərin satışından əldə
edilən xalis gəlirlər (karbohidrogenlərin
nəql edilməsi üzrə məsrəflər, bank,
gömrük rəsmiləşdirilməsi, müstəqil
nəzarət (sörveyer), marketinq və sığorta
xərcləri çıxılmaq şərti ilə, habelə
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin sərmayəçisi, payçısı və ya
tərəfdaşı olduğu layihələrdə onun
sərmayəsinə və ya iştirak payına düşən
gəlirlər istisna olmaqla) |
7 702
634,6 |
2. |
Neft-qaz
layihələrinin həyata keçirilməsi ilə
əlaqədar Azərbaycan Respublikasının
payına düşən dividendlər (BTC layihəsi
üzrə) |
156 822,6 |
3. |
Karbohidrogen ehtiyatlarının işlənməsi
ilə əlaqədar sərmayəçilər tərəfindən
müqavilə sahəsindən istifadə üçün
ödənilən akrhesabı ödənişlər |
1 064,0
|
4. |
Neftin və
qazın Azərbaycan Respublikasının ərazisi
ilə ötürülməsindən əldə edilən gəlirlər |
8 908,6 |
5. |
Neft-qaz
sazişlərinin imzalanması və ya icrası
ilə bağlı Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinə və ya səlahiyyətli
dövlət orqanına sərmayəçilər tərəfindən
ödənilən bonuslar (mükafatlar) |
804,1 |
6. |
Dövlət
Neft Fondunun vəsaitlərinin idarə
olunmasından əldə edilən gəlirlər |
305 889,5 |
7. |
Digər
gəlirlər və daxilolmalar |
568,6 |
Xərclər |
5 294 496,6 |
1. |
Qaçqınların və məcburi köçkünlərin
sosial-məişət və məskunlaşma məsələləri
ilə bağlı bəzi tədbirlərin
maliyyələşdirilməsi |
89 883,0 |
2. |
Azərbaycan Respublikasının 2009-cu il
dövlət büdcəsinə transfert |
4
915 000,0 |
3. |
Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su
kəmərinin çəkilməsi |
119 956,5 |
4. |
Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması layihəsinin
maliyyələşdirilməsi |
129 999,6 |
5. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu
layihəsinin maliyyələşdirilməsi |
22 117,2 |
6. |
2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramının
maliyyələşdirilməsi |
7 912,1 |
7. |
Dövlət
Neft Fondunun idarə edilməsi ilə bağlı
xərclər |
9 628,2 |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2010-cu il.
|
|