Tikinti
sektorunun xilas edilməsi, yoxsa əhalinin mənzillə
təminatı?
Azərbaycan İpoteka Fondu
18 iyun 2009-cu il tarixindən güzəştli ipoteka
kreditlərinin verilməsini bərpa edib. Lakin bu
sistemin tətbiqi haqda müxtəlif rəylər və təkliflər
var. Fond rəsmiləri kredit şərtlərinin çox güşətli
olduğunu bilidrir, ekspertlər isə, daha da
yüngülləşdirilməsini təklif edirlər.
İpoteka Fondunun rəhbəri:
“Güzəştli ipoteka kreditləri sosial xarakterlidir və
çoxəlverişlidir”
-Azərbaycan İpoteka
Fondunun (AİF) İcraçı direktoru Fəxri Kazımov SİA-ya
bildirib ki, 2009-cu ilin büdcəsindən ipoteka
kreditlərinin maliyyələşdirilməsi üçün 14 milyon
manatın ayrılması nəzərdə tutulub. Bu vəsaitin Fond
tərəfindən tam şəkildə güzəştli ipoteka
kreditlərinin yenidən maliyyələşdirilməsinə
yönəldilməsi nəzərdə tutulur.
“Güzəştli kateqoriyaya aid
olan vətəndaşlar bu kreditlərdən faydalanmaq üçün
müvəkkil kredit təşkilatlarına müraciət edə
bilərlər. Güzəştli kreditlərlə bağlı şərtlər
dəyişdirilmədən saxlanılıb”,-Kazımov bildirib.
İcraçı direktor əlavə edib
ki, ölkədə hazırda AİF-in xətti ilə təklif edilən
ipoteka kreditləri üzrə şərtlər çox əlverişlidir:
“Təkcə güzəştli deyil, hətta adi ipoteka kreditləri
üzrə təklif olunan şərtlərin özü də məqbuldur və
sosial xarakter daşıyır”.
Onun sözlərinə görə, MDB
ölkələri arasında bu sahədə ən güzəştli şərtlər
Azərbaycandadır. Belə ki, hazırda bizdə adi ipoteka
kreditlərinin illik faiz dərəcəsi maksimum 8-dir. Bu
rəqəm Rusiyada 12 faiz, Qazaxıstanda 13-14 faiz,
Ukraynada isə 15-16 faizdir. Bu ölkələrdə güzəştli
ipoteka kreditləri illik 10 faiz dairəsi ilə
verilir.
Buna baxmayaraq,
Azərbaycanda ipoteka kreditlərinin alınması üçün
müraciətlər hələ ki, kütləvi hal almayıb. İpoteka
kreditləri üçün müraciətlərin sayının az olduğunu
Azərbaycan İpoteka Fondunun seçdiyi müvəkkil banklar
da təsdiqləyirlər.
Bank mütəxəssisləri
bildirirlər ki, əvvəlki illərlə müqayisədə
müraciətlərin azalmasının əsas səbəbi iqtisadi
böhranla əlaqədar əhalinin ipoteka kreditləşməsinə
başlanacağına inanmamasıdır. Elə bu səbəbdən də
dövlət vəsaiti hesabına kreditlə mənzil almaq
istəyənlər lazımi sənədləri toplamaqda gecikirlər.
Kreditləşməyə qədərki
xərclər sırasında sığorta xidməti haqlarının məbləği
yüksək olması da prosesə mənfi təsir göstərir. Çünki
borcalanın həm əmək qabiliyyəti, həm onun özünün
həyatı, həm də aldığı mənzil sığortalanmalıdır.
Vüqar Bayramov: “İpoteka
krediti almaq üçün ailənin gəliri kifayət qədər
böyükolmalıdır"
İqtisadçı-ekspert Vüqar
Bayramovun fikrincə, ipoteka kreditləşməsi üçün
müəyyən edilən şərtlər kasıb təbəqənin dövlətin bu
imkanından yararlanmasına mane olur. Belə ki,
ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borc
alanların aylıq məcmu gəlirinin 70 faizdən çox
olmamalıdır: “Faktiki olaraq, bu bənd ipoteka
krediti əldə etməyin nə qədər çətin olduğunu
göstərir. Yəni, bu kreditlərin verilməsi üçün ölkə
üzrə orta aylıq əmək haqqı nəzərə alınmayıb.
Əksər orta təbəqənin
nümayəndələri 250-300 manat məvacib alır. Bu
baxımdan Azərbaycanda təklif olanan ipoteka
kreditlərini almaq üçün ailənin gəliri kifayət qədər
böyük olmalıdır".
V.Bayramov qeyd edir ki,
bu dəfəki ipoteka kreditləşməsində müştərinin
gəliriləri yeni üsulla qiymətləndirilir: "Yəni,
müştərinin imkanları qiymətləndiriləndə onun
gəlirlərindən ailə üzvlərinin saxlanması üçün tələb
olunan məbləğ də çıxılır. Nəticədə məsələn, 20 min
manatlıq ev almaq istəyən 2 nəfərlik ailənin aylıq
gəiri 400 manatdan az olmamalıdır.
Qeyd edək ki, İpoteka
Fondunun qaydalarına görə, müştərinin ipoteka
krediti üçün ödədiyi aylıq məbləğ onun gəlirlərinin
70 faizindən artıq olmamalıdır. Amma ödənişlər və
gəlirlər arasında əlaqə təkcə bununla bitmir. Yeni
qaydalara görə, bu dəfə müştərinin imkanları
qiymətləndiriləndə onun gəlirlərindən ailə
üzvlərinin saxlanması üçün tələb olunan məbləğ-
adambaşına 84 manat və digər xərclər üçün 30 manat
çıxılacaq.
V.Bayramov bildirir ki, 2
nəfərdən ibarət olan ailə 30 min manatlıq ev almaq
üçün 480, 40 minlik ev almaq üçün 560, 50 min
manatlıq ev almaq üçün isə 630 manat gəlirə malik
olmalıdır: “3 nəfərlik ailənin 20 min manatlıq ev
alması üçün ailə üzvlərinin təsdiqlənmiş gəliri 500
manatdan az olmaz. Əgər ailə 50 min manatlıq ev
almaq istəsə, əvvəlcə gəlirlərinin 740 manatdan
artıq olmasını dəqiqləşdirməlidir. Ailə üzvlərinin
sayı artdıqca, aylıq gəlirə tələb də artır".
İqtisadçının fikrincə,
gəlirləri 500-600 manat arasında olan ailələr nəzəri
cəhətdən kredit ala bilər: “Amma bu kreditin məbləği
6-7 min manat arasında olacaq ki, bu da qeyri-ciddi
bir məsələdir. Beş nəfərlik ailənin 20 min manatlıq
ev götürməsi üçün aylıq gəliri 700 manatdan az
olmamalıdır. Əgər belə ailə 50 min manatlıq ev almaq
istəsə ailənin ümumi rəsmi gəlirləri 940 manatdan az
olmamalıdır”.
Bildirək ki, mövcud
qaydalara görə, ipoteka kreditlərindən istifadə edən
şəxslər təkcə kreditə görə faizlər yox, həm də
kreditin alınması prosesində göstərilən xidmətlərə
üçün əlavə pul ödəməlidir.
Bu xərclərə əsasən,
borcalanın özünün və onun almaq istədiyi mənzilin
sığortalanması, ipoteka predmetinin
qiymətləndirilməsi, qeydiyyat sənədlərinin alınması
üçün nəzərdə tutulan xərclər daxildir. İlkin
hesablamalara görə, təkcə ipoteka kreditinin
rəsmiləşdirilməsi prosesinə ümumilikdə 110-160
manata yaxın pul tələb olunur.
V.Bayramov deyir ki,
notariusda alqı-satqı müqaviləsinin təsdiqlənməsi
üçün Bakıda 110, digər şəhər və rayonlarda isə 44
manat rüsum ödənməlidir: “İpoteka müqaviləsinin
təsdiqi üçün ödənilən rüsumun məbləği isə kreditin
məbləğindən asılıdır və 4 manat 40 qəpiklə- 27 manat
50 qəpik arasında dəyişir.
Bundan başqa, notariusun
depozit hesabından nağd pulu çıxarmaq üçün məbləğin
0,15 faizi qədər komisyon haqqı ödəmək lazımdır.
Alınacaq əmlakın qiymətləndirilməsi üçün isə
qiymətləndirmə şirkəti ilə razılaşmadan asılı olaraq
10 manatdan 150 manatadək xidməthaqqıödənməlidir".
ElçinBayramlı
08:51 23/06/09
|