Bu gün yoxsullar günü dür

 İfrat yoxsulluqdan hər gün dünyada 30 min uşaq vəfat edir

 

19 / 10 / 2009

 17 oktyabr bütün dünıyada Beynəlxalq Yoxsulluqla Mübarizə Günü kimi qeyd olunur. Hazırda dünya əhalisinin yarısı yoxsulluqdan əziyyət çəkir ki, onların da 70%-ni qadınlar təşkil edir. Dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal Yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30,000 uşaq vəfat edir. 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir. Dünyada 800 milyon adam lazımınca qidalanmır, 1,1 milyard adam isə gündə 1 dollardan da az vəsaitlə dolanmaq məcburiyyətindədir, 1,2 milyard adam isə ümumiyyətlə içməyə su tapmır.

 

BMT-nin son hesablamalarına əsasən qlobal maliyyə böhranı 50 milyon insanın iş yerini itirməsinə səbəb olub. Bu səbəbdən də 100 milyona yaxın insan 2009 ildə ifrat yoxsulluq şəraitində yaşamalı olacaq. Yoxsulluğun azaldılması ilə bağlı 2000-ci ildə BMT tərəfindən Minilliyin İnkişaf Məqsədləri hazırlanıb. Azərbaycan da daxil olmaqla, 149 ölkənin qəbul etdikləri Minilliyin İnkişaf Məqsədlərinin imzalanmasından 7 ildən artıq vaxt keçməsinə baxmayaraq, yoxsulluğun azaldılması istiqamətində çox cüzi addımlar atılıb. Belə ki, dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artıb. Nə qədər acınacaqlı olsa da, fakt belədir ki, yer üzündə hər dəqiqədə 1 kasıb ana, hər saniyədən bir isə 1 körpə dünyasını dəyişir. Səbəb - milyonlarla qadın və uşaqların yoxsulluğa məruz qalaraq, ilkin səhiyyə xidmətindən istifadə imkanının olmamasıdır.

 

İqtisadi və Sosial İnkşaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, bütün dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya əsasında müəyyənləşdirilir: «Bu metodologiyaya əsasən, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul hesab olunurlar. 1 dollardan aşağı gəliri olan isə ifrat yoxsul hesab olunur. Ümumilikdə aylıq gəliri 60 dollardan aşağı olanlar yoxsul hesab olunurlar. Lakin düşünürəm ki, bu düzgün hesablama deyil. Çünki elə ölkələr var ki, orada orta aylıq əmək haqqı 60 dollardan aşağıdır. Amma elə ölkələr var ki, orada 60 dollar gündəlik təlabatı ödəmir. Bu isə onu göstərir ki, bəzi ölkələr üçün Dünya Bankının metodoliyası uyğun gəlmir və yoxsulluğu tam qiymətləndirməyə imkan vermir. Ona görə əhalinin gəlirindən asılı olaraq yoxsulluq həddini göstərən rəqəm dəyişdirilməlidir».

 

İqtisadçı ekspertin sözlərinə görə, Azərbaycanda orta aylıq gəliri 75 manatdan aşağı olanlar yoxsul hesab olunurlar: «Yoxsulluq səviyyəsini müəyyənləşdirərkən yaşayış minimumu da nəzərə alınır. Ümumilikdə respublikamızda yoxsul əhali üçün ünvanlı sosial yardım proqramı həyata keçirilir. Həmin proqram əsasən aylıq gəliri 75 manatdan aşağı olan əhaliyə şamil olunur. Amma biz təklif edirik ki, Azərbaycanda gündəlik gəliri 3 manatdan aşağı olan əhali yoxsul hesab olunsun. Yəni aylıq gəliri 90 manatdan aşağı olan əhaliyə yardım göstərilsin».

 

V.Bayramov deyir ki, son 4 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 2 dəfə aşağı düşməsinə baxmayaraq bu il bu səviyyənin kəskin azalacağı gözlənilmir: «Çünki maliyyə böhranı əhalinin gəlirlərinə təsir göstərib. Bu isə öz növbəsində yoxsulluq səviyyəsinin artmasına gətirib çıxarır. Böhranın iqtisadiyyat sahəsinə daha çox ziyan vurduğunu nəzərə alsaq bu il də yoxsulluq səviyyəsinin 2007-ci il səviyyəsində olacağı gözlənilir. Dövlət Statisika Komitəsinin məlumatına görə isə 2007-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 16 %, ötən il isə 14,5 % təşkil edib. Ölkəmizdə ən yüksək yoxsulluq həddi isə 90-cı illərdə 50%-ə yaxın müşahidə olunub».

 

Ən yoxsul ölkələrin Afrika və Asiya regionunda yerləşdiyini bildirən iqtisadçı ekspert Nigeriya, Sudan, Banqladeş kimi ölkələrin dünyanın ən yoxsul ölkələri hesab olunduğunu bildirir. Belə ki, sözügedən ölkələrdə yoxsulluğun səviyyəsi 70 %-ə bərabərdir.

 

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov hesab edir ki, son dövrlər Azərbaycanda yoxsulluğun səviyyəsinin azalması müşahidə olunur: «Respublikada bir neçə il bundan qabaq bu sahədə əməli tədbirlər həyata keçirilməyə başlanılıb. Bunun nəticəsidir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 49 %-dən 13 %-ə qədər azalıb. «Azərbaycanda yoxsul ailə qalmamalıdır» şüarı həqiqətən də həyata keçirilməkdədir. Bü cür təbii ehityatlarla zəngin olan bir ölkədə vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmaq üçün görülən işləri daha da sürətləndirmək lazımdır. Bir neft ölkəsi olaraq əhalinin neftdən gələn gəlirlərdən yararlanmasına çalışmalıyıq. Həmçinin neft sektorundan gələn gəlirlərin köməyilə qeyri-neft sektorunu inkşaf elətdirərək balanslaşdırılmış bir iqtisadi siyasət həyata keçirməliyik».

 

Yaşayış minimumunun keçən ilki həddi ilə bu ilki həddi arasında müəyyən fərqin olmalı olduğunu düşünən millət vəkili bu səbəbdən yaşayış minimumunun artırılması təklifi ilə çıxış etdiklərini bildirdi: «Bir çox millət vəkilləri büdcə gəlirlərinə diqqət yetirərək belə qənaətə gəliblər ki, yaşayış minimumu 120 manata çatdırılsın. Çünki istehlak səbəti də təxminən o qiymətdədir. Düşünürük ki, yaşayış minimumu istehlak səbətinə uğyunlaşdırılmalıdır. İstehlak səbəti dedikdə insanların yaşayışı üçün lazım olan zəruri ərzaq məhsullarının dəyəri nəzərdə tutulur. Bu göstərici bəzən müxtəlif rəqəmlərlə göstərilir. Məsələn, Həmkarlar İttifaqı bunun 200 dollar civarında olduğunu deyir, Nazirlər Kabinetinin hesablamalarına əsasən isə bu 120 manat civarındadır. Yaşayış minimumu anlayışı çox vacib bir məsələdir və bunu mərhələli şəkildə həyata keçirmək lazımdır. Çünki bir çox ödəmələr buna əsasən həyata keçirilir, həmçinin tariflər də ona əsasən müəyyənləşir. Yəqin ki, yaxın bir-iki il ərzində bu məsələ həllini tapacaq».

 

“Mərkəz”  qəzeti

Vəfa BABAYEVA

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.