"Subsidiyaların yerlərə çatmamasında Kənd Təsərrüfatı Nazirliyi də məsuliyyət daşıyır"

Vüqar Bayramov: "Maliyyə Nazirliyinin subsidiyalarla bağlı gəldiyi nəticələr gözləniləndir"

 

[29 yanvar 2010 09:17].

Maliyyə Nazirliyi kənd təsərrüfatına dövlət büdcəsindən ayrılan subsidiyalardan istifadəni öyrənmək məqsədilə apardığı yoxlamaları başa çatdırıb. Aparılan yoxlamalar zamanı məlum olub ki, ayrılan vəsait kənd təsərrüfatı məhsulları istehsalçılarına çatmır. Bundan başqa subsidiya alanların böyük əksəriyyəti kəndlərdə deyil, şəhərdə yaşayır. Maliyyə Nazirliyi analoji halların respublikanın 15-ə dək rayonunda yaşandığını, dövlət büdcəsində ayrılan vəsatin xərclənməsində yol verdiyi qanun pozuntusuna görə, cəzalanması üçün Nazirlər Kabinetinə rəsmi məktub göstərib. İqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələyə münasibət bildirərkən subsidiyaların verilməsində üzə çıxan problemlərin yeni olmadığını deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin subsidiyalarla bağlı gəldiyi nəticələr gözləniləndir.

V.Bayramov rəhbərlik etdiyi mərkəzin də  bu yöndə monitorinq apardığını vurğulayıb. Bir sıra rayonlarda həqiqətən də subsidiyaların verilməsində ciddi nöqsanlar var. V.Bayramov sözügedən rayonların Maliyyə Nazirliyinin tərtib etdiyi siyahıda da yer aldığını deyib. O, subsidiyaların son mənzilə çatmamasında yerli icra orqanlarının böyük rolu olduğunu deyib. Belə ki, Nazirlər Kabiteninin təsdiq etdiyi hüquqi normativ sənədlərə uyğun olaraq subsidiyaların verilməsi üçün xüsusi komissiya yaradılır. Komissiyalarda yerli icra orqanlarının nümayəndələri iştirak edir. İqtisadi və Sosial İnkişaf Mərkəzi də subsidiyaların verilməsi, ondan istifadə qaydaları ilə bağlı apardığı monitorinqdə maraqlı nəticələr qeydə alıb. Belə ki, əksər rayonlarda subsidiya alan insanlar pulu bankomatlardan gecə saatlarında, kütləvi şəkildə çıxarıb. 

Bu kimi hallar bir sıra qaranlıq məqamlara aydınlıq gətirməyə şərait yaradır. Necə ola bilər ki, fermerlər bankomatdan pulu çıxarmaq üçün gecə saatlarını daha müvafiq vaxt hesab edibğ Əgər belədirsə bu niyə kütləvi hal alıbğ Bunları araşdırarkən məlum olur ki, bəzi icra nümayəndələri fermerlərdən kartları alıb pulu bankomatlardan özləri çıxarır. Ekspert ümumilikdə subsidiyaların verilməsini müsbət addım kimi dəyərləndirdi. Onun sözlərinə görə,

cadalanan bu kimi nöqsanlar subsidiyaların aqrar sektora müsbət təsirlərini aşağı salır. V.Bayramov ortaya çıxan problemlərin yaranmasında yerli icra nümayəndələri ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin də məsuliyyət daşıdığını dedi. Onun sözlərinə görə, cubsidiyaların son mənzilə çatmaması Kənd Təsərrüfatı Nazirliyinin tam olaraq öz üzərinə düşən səlahiyyəti yerinə yetirməməsi ilə əlaqədardır: "Çox təəssüf ki, aqrar sektorda fermerlərə həm subsidiyaların, həm də güşətli şərtlərlə gübrələrin verilməsi proqramı təkmil olsa da. Kənd Təsərrüfatı Nazirliyi proqramın icrasında maraqlı tərəf qismində çıxış etmir. Nöqsanlar fermerlərin dövlətin həyata keçirdiyi bu kimi proqramlardan dolğun şəkildə yararlanmasına imkan vermir". Bir müddət əvvəl kənd təsərrüfatı naziri İsmət Abbasov Maliyyə Nazirliyinin apardığı  yoxlamaları əsassız adlandırsa da əslində bu əsassız məsələ deyil. Subsidiyalardan fermerlərin yararlanma səviyyəsinin aşağı olmasında 15-ə dək yerli icra nümayəndələrində aşkar olunan qanun pozuntusunun araşdırılması bilavasitə deməyə əsas verir ki, yardımların ünvana çatdırılmasına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı kimi Kənd Təsərrüfatı Nazirliyi üzərinə düşən vəzifəni layiqincə icra etməyib.

Ədil

“Olaylar”

 

                                                                                                            

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.