VÜQAR BAYRAMOV QAZAXISTANDA ANTİBÖHRAN PROQRAMININ HAZIRLANMASINA DƏVƏT ALIB

 

06.03.2009 [08:16]

Azərbaycanlı iqtisadçı Astanada keçiriləcək beynəlxalq forumda iştirak edəcək
Qazaxıstan prezidenti Antiböhran Proqramının hazırlanması ilə bağlı sərəncam imzalayıb.Həmin sərəncama əsasən Qazaxıstan hökuməti yerli və xarici iqtisadçıların iştirakı ilə böhrandan çıxış yolları hazırlamalıdır.Bundan əlavə, Qazaxıstan prezidentinin təşəbbüsü ilə Avrasiya İqtisadçılar Klubu yaradılıb. Dünyanın 30-a yaxın iqtisadçısını birləşdirən sözügedən klub bu ölkədə antiböhran tədbirlərinin hazırlanmasına cəlb edilib.Martın 9-dan 12-nə qədər bununla bağlı Astana Forumu keçiriləcək. Forumun məqsədi ölkə prezidenti, baş naziri və sahə nazirliklərinin iştirakı ilə qlobal maliyyə böhranının təsirlərinin azaldılması istiqamətində müzakirələrin aparılmasıdır. Qeyd edək ki, Azərbaycandan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Qazaxıstanda Antiböhran Proqramının hazırlanmasına dəvət edilib.
V.Bayramov qəzetimizə açıqlamasında Astanada baş nazir və bir sıra nazirlərlə müzakirələrin olacağını, o cümlədən Qazaxıstan prezidentinin onları qəbul edəcəyini dedi: “Tədbirdə 6 Nobel mükafatı almış iqtisadçı iştirak edəcək. Qazaxıstan prezidentinin təşəbbüsü ilə keçirilən foruma həmin ölkədə ciddi önəm verilir”.
İqtisadçı-ekspertin sözlərinə görə, foruma iqtisadçılarla yanaşı beynəlxalq maliyyə qurumlarının rəhbərləri də qatılacaq: “Astanada bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlərimiz olacaq. Müzakirələrdə əsas diqqət böhrandan sonra yaranan ”maliyyə resursları qıtlığının" aradan qaldırılması yollarının tapılması olacaq".


Vüqar Bayramov əlavə etdi ki, artıq MDB-nin əksər ölkələrində antiböhran tədbirlərinin hazırlanması ilə bağlı müzakirələr gedir və bir neçə ölkədə xüsusi qruplar da yaradılıb: “Qazaxıstan rəhbərliyinin böhranın nəticələrinin aradan qaldırılması yönündə müxtəlif ölkələri təmsil edən iqtisadçılarla məsləhətləşməsi digər dövlətlər üçün də yaxşı nümunə ola bilər. Heç bir ölkə qlobal böhranın neqativ təsirlərindən sığortalanmayıb. Azərbaycanda da antiböhran tədbirlərinin həyata keçirilməsinə ciddi ehtiyac var”.

“Yeni Musavat”

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.