Torpaq sahəsinin satış müddəti 247
günə çatıb
Yasamalda torpaq
ucuzlaşıb
“Əmlak
Bazarı İştirakçıları” İctimai Birliyi torpaq
bazarında apardığı monitorinqin nəticələrini
açıqlayıb. Birliyin rəhbəri Ramil Osmanovun
qəzetimizə açıqlamasına görə, torpaq
bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə
doğru genişlənməsi tendensiyası dekabr ayında bir
qədər zəifləyib:
“Ay
ərzində torpaq üzərində bağlanan alqı-satqı
əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə
olunub.
Bazarın
aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru
dəyişib.
Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin
mərkəzində torpaq sahələrinin həddən artıq
məhdudlaşması I zonada tələb və təklifin
strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin
stabil qalmasına səbəb olub. Söküntü işlərinin
azalmasına baxmayaraq I zonada torpağın bazar
qiyməti hələ də real dəyərindən baha olaraq
qalmaqdadır”.
Ekspert deyir ki, bazarda torpağın
ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,8%
artaraq 247 günə çatıb.
Yaranmış vəziyyət əsasən bazarda
tələb və təklifin strukturunun tərs mütənasib
dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq
bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu
tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.
Məlum olur ki, yanvar ayı ərzində
qiymət azalması bütün zonalarda qeydə alınıb:
“Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək
olması I və II zonalarda tələbin aşağı düşməsi ilə
paralel qiymətlərin də azalmasına səbəb olub.
Yanvarda rayonlar üzrə ən çox qiymət azalması
Yasamal (-2,4%) rayonunda qeydə alınıb. Bütün
bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən
aktiv rayonlar sırasına Binəqədi və Nizami rayonları
başçılıq edirlər.
Ən passiv rayon isə ötən aylar olduğu
kimi Nəsimi rayonudur. Yanvar ayında torpaq
bazarında ən bahalı torpaq sahəsi 190000 $sot Nəsimi
(Avropa oteli) rayonunda, ən ucuz torpaq sahəsi isə
350 $sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda
qeydə alınıb”.
LEYLA |