İşıq pulunun silinməsi ilə bağlı da qərar qəbul oluna bilər

 
 

Amid İsbəndərov/AZADİNFORM. Cari ildə işıq pulunun silinməsi ilə də bağlı qərar qəbul oluna bilər. Bunu AZADİNFORM-a müsahibəsində ekspert Vüqar Bayramlı bildirib.

Hesablamalarımız göstərir ki, orta hesabla hər borclu ailənin 150 manat borcu silinəcək ki, bu da aztəminatlı ailələr üçün kifayət qədər normal rəqəmdir. Digər kommunal xərclərə baxdıqda, əhalinin işıq borcları daha çoxdur. Azərbaycanda orta hesabla təxminən hər bir ailənin işıq puluna görə 250 manat borcu var. Təbii ki, elə ailələr var ki, onların borcu 50 manatdan 1200-1400 manata kimi gəlib çatır. 

 Vüqar müəllim, Azərbaycanda bəzi ekspertlər dövlət büdcəsi hesabına əhalinin sudan istifadəsinə görə borcları silməyi yanlış hesab edir. Siz bunu necə qiymətləndirirsiniz? 

 

- Mən bütövlükdə Azərbaycanda kommunal borcların dövlət büdcəsi hesabına silinməsinin tərəfdarıyam. Azərbaycanda kommunal borcların bir qisminin hesablanmasında nöqsanların olması və o cümlədən bəzi aztəminatlı əhalinin öz borclarını vaxtında ödəyə bilməməsi məhz həmin sektorlarda maliyyə probleminin yaranmasına gətirib çıxarır. Təbii ki, borcların dövlət büdcəsi hesabına ödənilməsinin müsbət sosial tərəfləri var. Bütün hallarda nəzərə almaq lazımdır ki, bu, aztəminatlı ailələrin sosial vəziyyətinə müsbət təsir göstərir. Eyni zamanda, borc problemi məhz kommunal haqların yığılmasına məhsul olan dövlət qurumlarının da fəaliyyətinə neqativ təsir göstərir. Çünki borcların ödənilməməsi onların həm büdcə qarşısında öz öhdəliklərini yerinə yetirilməsinə mane olur və eyni zamanda onların abunəçilərlə işini daha sivil səviyyədə qurmasına imkan vermir. Sadəcə, nəzərə almaq lazımdır ki, borcların silinməsi bəzi hallarda əhalidə müəyyən arxayınçılığın da yaranmasına səbəb olur. Bu cür halların qarşısının alınması üçün borclar silindikdən sonra kommunal haqların yığılmasına məsul olan dövlət qurumlarının daha ciddi nəzarət həyata keçirməsinə ehtiyac var. Çünki borcların silinməsi heç də mütəmadi olaraq növbəti illərdə borcların silinəcəyi anlamına gəlmir. Və eyni zamanda, abonentlər qəbul etməlidirlər ki, bu borcların silinməsi sadəcə, onlara dövlət tərəfindən bir sosial dəstəkdir.

 

Gələcəkdə digər kommunal xərci borclarının silinməsini gözləmək olarmı?

 

2009-cu ilin noyabrında dövlət başçısı qaz pulunun silinməsi ilə bağlı qərar vermişdi. Bu baxımdan qaz borclarının silinməsi təbii ki, indiki halda gündəmdə deyil. Ehtimal olunmur ki, Azərbaycanda qaz borclarının silinməsi həyata keçiriləcək. Eyni zamanda nəzərə alsaq ki, bu gün qaz sektorunda olan borcların cəmi 10%-i əhalinin borclarını təşkil edir. Çünki borclar silindikdən sonra əhali mavi qazdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirir. Güman olunur ki, elektrik enerjisinə görə borcların silinməsi məsələsi gündəmdə ola bilər. Artıq Nazirlər Kabinetində işıq borclarının silinməsi ilə bağlı məlumatlar var. Amma təbii ki, nəzərə almaq lazımdır ki, kommunal xərclərin silinməsi bilavasitə ölkə başçısının göstərişi ilə mümkündür. Güman edirəm ki, cari ildə işıq pulunun silinməsi ilə bağlı da qərar qəbul oluna bilər. Mən bütövlükdə belə bir qərarın qəbul edilməsinin tərəfdarıyam. Bu cür qərarın qəbul edilməsi də müsbət hal olardı. Bu da əhalidə müəyyən maddi baxımdan yükün götürülməsinə gətirib çıxaracaq. Hesablamalarımız göstərir ki, orta hesabla hər borclu ailənin 150 manat borcu silinəcək ki, bu da aztəminatlı ailələr üçün kifayət qədər normal rəqəmdir. Digər kommunal xərclərə baxdıqda, əhalinin işıq borcları daha çoxdur. Azərbaycanda orta hesabla təxminən hər bir ailənin işıq puluna görə 250 manat borcu var. Təbii ki, elə ailələr var ki, onların borcu 50 manatdan 1200-1400 manata kimi gəlib çatır. Bu baxımdan işıq pulunun silinməsi üçün dövlət tərəfindən vəsaitin ayrılmasına ehtiyac olacaq. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, həmin borcların böyük bir qismi 90-cı illərin ortalarına təsadüf edir. Bu da ondan irəli gəlir ki, o zaman hesablama sisteminin və eləcə də elektronlaşma sisteminin zəif olması ilə əlaqələndirmək olar. Ona görə də dövlət tərəfindən növbəti mərhələdə işıq pullarının silinməsi məqsədəuyğundur və biz güman edirik ki, belə bir addım atılacaq. Çünki artıq cari ildə və ya bütövlükdə yaxın aylarda borcların silinməsi eyni zamanda həmin dövlət qurumlarına imkan verəcək ki, işlərində daha məsuliyyətli olsunlar.

 

Vüqar müəllim 2011-ci il ərzində dövlət tərəfindən əhaliyə hansı yardımlar edilə bilər?

 

Cari ildə ünvanlı sosial yardımların davam edəcəyi gözlənilir. Bununla belə, ölkənin Milli Məclisində aparılan müzakirələrdə məlum olur ki, artıq Azərbaycan hökuməti ünvanlı sosial yardımlarla yanaşı, birbaşa yardımlar həyata keçirmək niyyətindədir. Bu, ildə bir dəfə Azərbaycanda ailələrə birbaşa yardımların verilməsi deməkdir. Bu zaman əhaliyə ünvanlı sosial yardımın verilib-verilməməsi müzakirə olunan məsələlərdən olacaq. Amma bu gün əhaliyə yardımlarla bağlı hökumətin hal-hazırkı siyasəti ondan ibarətdir ki, məhz birbaşa yardımlar həyata keçirilsin. O cümlədən bizim qiymətləndirməmizə görə Maliyyə Nazirliyi də bununla bağlı açıqlama yayıb. Cari ilin may ayında dövlət büdcəsinə yenidən baxılacaq. Dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi gözlənilir. Bu zaman dövlət büdcəsinin xərclər hissəsinə təxminən 2 mlrd. manat  vəsait əlavə olunacaq ki, bu da bütövlükdə 2011-ci ildə əmək haqlarının 10% artırılmasına imkan verir.  O baxımdan cari ildə büdcədən maliyyələşən dövlət təşkilatlarında çalışan işçilərin əmək haqlarının və o cümlədən əhalinin pensiyasının 10%-ə qədər artırılacağını proqnozlaşdırırıq. 

 

Cari ilin ötən aylarında ölkənin iqtisadi göstəriciləri ilə bağlı nə deyə bilərsiniz?

 

Hələlik cari ilin birinci rübü ərzində nəticələr elan olunmayıb. Adətən Dövlət Statistika Komitəsi rüblük nəticələri aprel ayının sonunda elan edir. Bununla belə, cari ilin yanvar-fevral aylarında iki aylıq dövr üçün müəyyən rəqəmlər elan olunub. Bu da əsasən ölkənin ümumi daxili məhsul istehsalı, əhalin gəlirlərinin artması, sənayenin inkişafı və eləcə də istehlak qiymətlərinin dəyişməsi ilə bağlı statistik rəqəmlərdir.  Ötən ilin iki ayı ərzində qiymətlərin artması müşahidə olunub. Bu aylar ərzində qiymətlərdə 2%-ə yaxın artım müşahidə edilib. Eyni zamanda, artıq yanvar və fevral aylarında əhalinin gəlirlərində də artımlar müşahidə olunub. Dövlət Statistika Komitəsinin son məlumatına görə, əhalinin gəlirləri 8%-ə yaxın artıb. Bütövlükdə ÜDM, eləcə də sənaye istehsalında artım müşahidə olunub. Cari ilin yanvar-fevral aylarında ölkədə 6,7 mlrd. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən illə müqayisədə 1,4% çoxdur. Eləcə də əhalinin bu aylarda gəlirlərində ötən illə müqayisədə 13 % artım müşahidə olunub. Artıq əhalinin gəlirləri aylıq olaraq 231 manat təşkil edib. Cari ilin ötən dövrü ərzində ümumilikdə ölkənin makroiqtisadi göstəricilərində artım müşahidə olunub. Bununla yanaşı, ölkədə bəzi ərzaq və digər məhsulların qiymətlərində də artım müşahidə edilib ki, bu da arzuolunan deyil. Azərbaycanda orta aylıq əmək haqqı cari ilin iki ayı ərzində, 2010-cu ilin uyğun dövrü ilə müqayisədə 11,4 % artıb və yaxud 333 manata çatıb ki, bunu da müsbət hal kimi qiymətləndirmək olar. İstehlak qiymətlərində sözügedən dövrdə tariflər 2,2%  artıb. Eyni zamanda, yanvar ayında büdcə daxilolmaları proqnozlaşdırıldığından daha çox olub, yəni profsit yaranıb. Həmçinin əmanətlərin qoyuluşunda artım 28,8%-ə çatıb.

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.