Mərkəzi Bank aldığı manatı sata
bilmir
09 May 2009 Şənbə 19:05
Vüqar Bayramov: "Manatın satılması üçün təkcə manata
tələbatın olması deyil, eyni zamanda iqtisadiyyatın
həmin manatı həzm etməsi imkanları olmalıdır"
"Manatın məzənnəsinin saxlanılması ilə bağlı
Mərkəzi Bankın (MB) intervensiyası (manatın aınması
və dolların dövriyyəyə çıxarılması) bir sıra hökümət
qurumları, eyni zamanda parlamentarilər tərəfindən
itgi kimi qiymətləndirilmir.
Onların sözlərinə görə gələcəkdə ancaq manat və
dolların arasında alış və satışın məzənnə fərqi
olacaq. Ancaq mən bununla razılaşmıram". Bu barədə
İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar
Bayramov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə
söhbətində bildirib.
Ekspert MB-ın itkilərinin yalnız bir valyutanın
alınıb, digər valyutanın satılması kimi kimi
xarakterizə edilməsinin iqtisadi baxımdan doğru
olmadığını qeyd edib: "MB aldığı manatı sata bilmir.
MB real işləmə gücü olan dolları bazarda həzm edir.
Amma müqabilində satılmaq imkanları olmayan manatı
alır. Dövriyyəyə çıxarılan dolların bir qismi
Azərbaycanın ərzaq və qeyri ərzaq malları idxal
etməsi nəticəsində ölkəni tərk edir. Digər tərəfdən
MB aldığı manatı satarsa, bu manatın kəskin aşağı
düşməsinə gətirib çıxarcaq. Manatın satılması üçün
təkcə manata tələbatın olması deyil, eyni zamanda
iqtisadiyyatın həmin manatı həzm etməsi imkanları
olmalıdır".
Vüqar Bayramovun fikrincə, MB-ın manatın məzənnəsini
saxlamaq imkanları gələcəkdə tükənərsə və
devalivasiya baş verərsə, o zaman artıq MB-ın aldığı
manatın dollar ifadəsində dəyəri də azalacaq. MB
aldığı valyutanı sata bilmirsə, bu, itkidir. MB
aldığı valyutanı istənilən vaxtı bazarda çıxarıb
sata bilmir. O zaman bir valyutanın satılıb, digər
valyutanın alınması xarekterizə oluna bilərdi ki,
həmin valyutanı MB istənilən vaxt sata bilərdi. Bu
gün MB həmin valyutanı sata bilmir. Həmin valyutanı
nə vaxt satacaq ,o da bilinmir. Bu zaman isə MB
dollar ehtiyatlarından istifadə edir.
Ekspertin sözlərinə görə manatın Azərbaycandan
kənarda satılma imkanları yoxdur. Dollar satılırsa
və manat dövriyyədən çıxarılırsa, yəni MB aldığı
vəsaiti idarə edə bilmirsə, deməli burada itki var:
"Çünki MB bir milyard dolları satıb, halbuki bir
milyard dolları MB idarə edib gəlir əldə edə
bilərdi. Onun müqabilində 800 milyon manat alıb.
Həmin 800 milyon manatı isə MB sadəcə saxlayır və
iqtisadi baxımdan valyutanın saxlanılması, yığım
funksiyası yerinə yetirməsi itkidir. MB-ın bu
itgiləri məzənnə fəriqi ilə əlaqələndirməsi iqtisadi
baxımdan əsaslandırıla bilməz, çünki həmin
valyutanın istifadə edilməməsi nəticəsində yaranan
itkilər var. Nəzərə alsaq ki, manatın məzənnəsi
aşağı düşəcəyi təqdirdə, kifayət qədər real
itgilərdən söhbət gedəcək. MB-ın bu açıqlaması ilə
razılaşmaq mümkün deyil. Çünki bu, iqtisadi baxımdan
itkidir".
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın İdarə
Heyətinin sədri Elman Rüstəmov ilin əvvəlindən bəri
tələbatı ödəmək və valyuta məntəqələrində stabilliyi
qoruyub saxlamaq üçün bazara bir milyard dollar
çıxarıldığını bildirb, ancaq E.Rüstəmov bunun itki
kimi yox, bir valyutanın digərinə dəyişdirilməsi
kimi qeyd edib.
Xəbərçı.com |