165 milyon manatlıq əmanətlərin batma təhlükəsi var

 

Vüqar Bayramov: “Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən 5 bankda əmanətlərin 1 qəpiyi də sığortalanmır

 

Banklarda böhranın yeni  dalğası müşahidə edilməkdədir. Faktiki, zərərlə işləyən bankların sayı artıb. Məlumatlara əsasən hazırda 5 bankdan biri zərərlə işləyir. Təkcə yanvar ayında ölkə banklarının ümumi aktivləri 77,78 milyon azalaraq 11,59 milyard manata düşüb. Onu da bildirək ki, bank aktivlərinin 3,76%-ni və ya 436,1 milyon manatını nağd vəsaitlər təşkil edib. Yanvarda nağd vəsaitlər 30,12 milyon manat azalıb. Bankların vəziyyətinin ağırlaşması onların sayının azaldılması ilə bağlı söhbətləri gündəmə gətirib. Hətta   Beynəlxalq Valyuta Fondunun rəsmiləri MB-yə ölkənin bank sektorunda konsolidasiya həyata keçirməyi tövsiyə edib. 47 bankın Azərbaycan üçün bir qədər çox olduğunu, bankların birləşdirilməsini və saylarının 20-yə endirilməsini təklif edib. Hələlik isə nə Mərkəzi Bank, nə də  banklar bu təklifi reallaşdırmaqda maraqlı görünmürlər.Lakin bütün bu   söz-söhbətlər, bankların zərərinin artması  əmanətçilər arasında ciddi təşvişin yaranmasına səbəb olub.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, hazırda öləkədə 47 bank fəaliyyət göstərir. Və onlardan 42-si Əmanətlərin Sığortalanması Fondunun üzvüdür: “Mərkəzi Bvankın məlumatına əsasən əhalinin komersiya banklarındakı əmanətlərinin həcmi 2 milyon 335 milyon manatdır. Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda əmanətlərin həcmi 2 milyard 170 milyon manat təşkil edir. Praktiki bu o deməkdir ki, 165 milyon manat əmanət fonda üzv olmayan banklarda saxlanılır. Mərkəzi Bankdan lisenziya alan bankların sayi 47-dir. Əmanətlərin Sığortalanması Fonduna isə 42 bank üzvdür. Fonda üzv olmayan banklar "Debüt" Kommersiya Bankı , “Evrobank” Açıq Səhmdar Cəmiyyəti,  , “Kövsərbank” Açıq Səhmdar Cəmiyyəti, “Birlikbank” Açıq Səhmdar Cəmiyyəti, “Aqrokredit” bank  olmayan kredit təşkilatıdır. Mərkəzi Bankla Əmanətlərin Sığortalanması Fondunun elan etdikləri rəqəmləri müqayisə edəndə bəlli olur ki, həmin banklarda 165 milyon manat vəsait saxlanılır. Deməli, əslində 165 milyon manatın itirilmə təhlükəsi var. “Əmanətlərin Sığortalanması” haqqında ölkə prezidentinin 2006-cı ildə imzaladığı q1anunuda qeyd edilir ki, Əmanətlərin Sığortalanması Fondu yalnız bu quruma üzv olan komersiya banklarında yerləşdirilən əmanətləri sığortalayır. Eləcə də bu fondun özünün qaydalarına əsasən məbləği 30 min manatdan çox olmayan, illik faiz dərəcəsi 15 faiz olan əmanətlər sığortalanır. Həm “Əmanətlərin Sığortalanmnası” haqqında qanuna, həm də fondun qaydalarına əsasən həmin 5 bankda olan əmanətlər sığortalanmır. Həmin banklarda əmanətlərin sığortalanmamasına baxmayaraq o banklar Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərirlər. Amma onların əmanətlərin qaytarılması ilə bağlı öhdəliklərinə heç bir kənar dövlət qurumu məsul deyil. Bu isə kifayət qədər risklidir”.

 

Mütəxəssis bildirir ki, Mərkəzi Bank gələcəkdə həmin bankların lisenziyasını geri alarsa və ya bu banklar 10 milyon manat nizamnamə kapitalı ilə bağlı öhdəlikləri yerinə yetirə bilməzsə, o halda  165 milyon manat vəsaiti digər mənbələr hesabına geri qaytarmaq mümkün olmayacaq: “Vəsaitlər sığortalanmadığından onların geri qaytarılması mexanizmi yoxdur. Daha yaxşı olardı ki, Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna üzv banklarla bağlı əhaliyə məlumat versin, onları vəsaitlərini  fonda üzv  banklarda saxlamağa yönləndirsin. Əmanətlərin Sığortalanması Fondu üzv olmayan banklardakı əmanətlərə görə heç bir öhdəlik daşımır”.

Ekspert Əmanətlərin Sığortalanması Fonduna üzv olmayan bankların birləşdirilməsi təklifini irəli sürür: “Mərkəzi Bank həmçinin onların fonda üzv olmasının təmin edilməsi istiqamətində iş görməlidir. Bütün hallarda sözügedən bankların lisenziyası geri alınmayıb. Onlar Əmanətlərin Sığortalanması Fonduna üzv olmasalar da əmanət cəlb etmək imkanları var. Bu yöndə onlara qadağa qoyulmayıb. Amma bu məsuliyyəti bölüşən heç bir dövlət qurumu yoxdur. Sığortalanmayan əmanətlərin batma riski isə böyükdür”.

V.Bayramov deyir ki, Əmanətlərin Sığortalanması Fonduna üzv banklar quruma ödənişlər edirlər: “Əmanətlərin sığortalanmasını təmin etmək üçün banklar fonda illik ödənişlər edirlər. Üzv olmayan banklar isə ödəniş etmirlər. Bankların fonda üzv olmaması onların likvid banklar olmamasından xəbər verir”.

Mütəxəssisin sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu bankların quruma üzv olması ilə bağlı hər hansı əngəl yaratmır: “Həmin bankların fonda üzv olmamaları likvidlik problemlərindən irəli gəlir. Maliyyə resurslarının həcmi çox  olmadığından əmanətləri sığortalamırlar.  Mərkəzi Bankın  bank sektorunda heç bir bankın müflisləşmə təhlükəsinin  olmaması, eləcə də bütün əmanətlərin sığortalanması ilə bağlı açiqlamalarina baxmayaraq  reallıq odur ki, heç də bütün əmanətlər sığortalanmayıb”.

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.