Haqqımızda

Layihənin Hədəfləri

Proqram vətəndaş cəmiyyəti təşkilatları üçün imkanların artırılması və ümumilikdə sektorun inkişafını dəstəkləmək məqsədi daşıyır. Məqsədlərə eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması, müvafiq qiymətləndirmə, inkişaf planlarının yaradılması, vətəndaş cəmiyyətinin üzləşdiyi əsas məsələlər üzrə məlumat və biliklərinin çoxaldılması, debatların sayının artırılması, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatı nümayəndələrinin bilik və bacarıqlarını inkişafı, hərtərəfli dinamik təlim proqramından yerli səviyyədə meydana çıxan təşəbbüsləri irəli çəkmək üçün üstifadə etmək daxildir.

Layihənin xüsusi məqsədi ölkədəki ictimaiyönümlü təşkilatların fəallığının, qərarvermə prosesində onların səlahiyyətlərinin artırılmasıdır.

Layihə  Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarına birlikdə çalışmaq üçün bir sıra imkanların  yaradılcaq. Təlimçilər üçün təlimlər, bir sıra vətəndaş  cəmiyyəti təlimləri, Minilliyinin İnkişaf Məqsədləri ilə bağlı seminar, Beynəlxalq Vətəndaş Cəmiyyəti forumu bütün bunlar Azərbaycan vətəndaş cəmiyyətində inam və əməkdaşlıq mühitini formalaşdırmaq və yaxşı əlaqələr qurmağa xidmət edəcək.

Layihənin tam nailiyyətləri üçün indikatorlar aşağıda qeyd edilib:

Azərbaycan VCTləri üçün bacarıqların artırılmasının təmin edilməsi
• Azərbaycanda Vətəndaş Cəmiyyəti yerli səviyyədə meydana çıxan təşəbbüslər ətrafında cəmləşir, ictimai iştirak artırılır                                                                    • Azərbaycan VCTləri arasında təcrübə mübadiləsi gücləndirilir                                    • Azərbaycan VCTləri və hökümət orqanları arasında əməkdaşlıq gücləndirilir

Əsas Fəaliyyətlər

• Təlimçilər üçün Təlim 
• Təlim Materiallarının həm Azərbaycanca həmdə İngiliscə sayta yerləşdirilməsi
• 8 mövzu ətrafında Vətəndaş Cəmiyyəti nümayəndələrinə təlimlər:
            1. Azərbaycan Vətəndaş Cəmiyyətinin formalaşması və inkişafı
            2. Vətəndaş cəmiyyətində iqtisadi layihələrin hazırlanması və idarəedilməsi
            3. Vətəndaş Cəmiyyətində layihələrin planlaşdırılması
            4. VCTlərdə Heyəti və Könüllüləri idarə etmək
            5. VCTlər üçün Maliyyə Vəsaitinin Toplanması
            6. VCTlər üçün Kommunikasiya
            7. Vətəndaş Cəmiyyətində Vəkillik və Kampaniya
            8. Şəbəkələşmə və Əlaqələrin qurulması
• Minilliyin İnkişaf Məqsədləri
• Vətəndaş Cəmiyyəti Forumu
 

Tərəfdaşlar

İki qeyri-hökümət təşkilatı layihənin həyata keçrilməsində iştirak edir. Kiprdən The Management Centre-Kipr Menecment Mərkəzi, Azərbaycandan Center for Economic and Social Development-İqtisadi və Sosial İnkişaf Mərkəzi.

The Management Centre is an international NGO which works in the field of management and sustainable development by strengthening civil society and reconciliation; institutionalizing organizations and helping citizens by way of professional development and work based learning.
The Center for Economic and Social Development (CESD)-İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) 2005-ci ildə Qərb ölkələrində təhsil almış iqtisadçı və sosial iş ekspertləri tərəfindən yaradılmışdır. Mərkəz 2006-cı ilin martın 15-də dövlət qeydiyyatına alınmışdır. Mərkəzin əsas məqsədi ölkədə həyata keçirilən sosial və iqtisadi islahatları dəstəkləmək, şəffaflığın artırılması və korrupsiyanın azaldılmasına yardım etmək, iqtisadi və sosial araşdırmalar aparmaq, cəmiyyətdə məlumatlılığı artırmaq, yoxsulluğun azaldılmasına kömək etmək və s. ibarətdir.Mərkəz, hökümət və vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulmasında yaxından iştirak edir.  Mərkəz Azərbaycan üzrə 24 təşkilatla, beynəlxalq səviyyəli beyin mərkəzləri, maliyyə institutları və donorlar, Azərbaycanda fəaliyyət göstərən digər beyin mərkəzləri və media ilə sıx əməkdaşlıq edir.

Tərəfdaşlar

 

v  Qadın və Müasir Dünya Mərkəzu womenmw@gmail.com

v  Azərbaycan Prezidenti yanında Dövlət QHT Şurası  enuriyev@cssn.gov.az

v  İqtisadi Tədqiqatlar Mərkəzi g_ibadoglu@yahoo.com

v  Rüzgar Ekologiya Cəmiyyəti  IMusfafaev@mail.ru

v  Public Finance Monitoring Centre   kenan@pfmc.az     office@pfmc.az

v  Gənclik üçün İnkişaf        office@yfd.az

v  Gələcəyə Körpü   bf_ganja@yahoo.com

v  İntellektual Vətəndaş İctimai Birliyi hhuseynli@geic.osi-az.org 

v  Demokratik İnkişaf Mərkəzi emilmemmedov10@yahoo.com

v  Bələdiyyələrin İnkişafına Yardım Mərkəzi   Abil_bayramov@yahoo.com

 

Nəticə

Layihənin gözlənilən nəticələri bunlardır.

a. 4 regiondan 8 müxtəlif VCTləri təlimlər köməyi ilə əlaqələr quracaqlar
b. Təlimlər vasitəsilə ən azı 10 yerli təliçi öz bacarıqlarını artıracaqlar
c. Ən azı 8 VCT üçün Təlimçilər üçün Təlim
d. Açıq Təlimlərdə 360 nəfərin iştirakı
e. Minilliyin İnkişaf Məqsədləri tədbirinə 30 təşkilat və yerli hakimiyyət nümayəndələri
f. VCTlər tərəfindən olan ən azı iki təşəbbüsün tətbiqi
g. Vətəndaş Cəmiyyəti Forumu, 100 iştirakçı

 

 


Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir.

 

Bu veb sayt Avropa Birliyinin maliyyə yardımı ilə hazırlanmışdır. 

Bu saytın məzmunu Menecment Mərkəzinin və İSİM in məsuliyyətindədir və heç bir halda Avropa Birliyinin mövqeyini əks etdirmir.