VCT-lərin Bacarıqlarının Artırılması Proqramı

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Aralıq Dənizi Menecment Mərkəzinin  tərəfdaşlığı, Avropa Komissiyasının dəstəyi ilə Azərbaycanda vətəndaş  cəmiyyəti təşkilatlarının bacarıqlarının artırılması layihəsinin icrasına başlayıb. Proqram vətəndaş cəmiyyəti təşkilatları üçün imkanların artırılması və ümumilikdə sektorun inkişafını dəstəkləmək məqsədi daşıyır. Məqsədlərə eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması, müvafiq qiymətləndirmə, inkişaf planlarının yaradılması, vətəndaş cəmiyyətinin üzləşdiyi əsas məsələlər üzrə məlumat və biliklərinin çoxaldılması, debatların sayının artırılması, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatı nümayəndələrinin bilik və bacarıqlarını inkişafı, hərtərəfli dinamik təlim proqramından yerli səviyyədə meydana çıxan təşəbbüsləri irəli çəkmək üçün üstifadə etmək daxildir.

Layihənin xüsusi məqsədi ölkədəki ictimaiyönümlü təşkilatların fəallığının, qərarvermə prosesində onların səlahiyyətlərinin artırılmasıdır. Layihə Salyan,  Gəncə, Bakı şəhərlərində fəaliyyət göstərən QHT-ləri əhatə edəcək.

Layihə  Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarına birlikdə çalışmaq üçün bir sıra imkanların  yaradılcaq. Təlimçilər üçün təlimlər, bir sıra vətəndaş  cəmiyyəti təlimləri, Minilliyinin İnkişaf Məqsədləri ilə bağlı seminar, Beynəlxalq Vətəndaş Cəmiyyəti forumu bütün bunlar Azərbaycan vətəndaş cəmiyyətində inam və əməkdaşlıq mühitini formalaşdırmaq və yaxşı əlaqələr qurmağa xidmət edəcək.

Layihəni ictimayyətə, vətəndaş cəmiyyətinə və hökumət nümayəndələrinə daha açıq, əl çatan etmək üçün onlayn portal artıq istifadəyə verilib.

Konstitutsiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə proqramın QHT sektorunda peşəkarlığın artımında xüsusi rolundan söz açdı. Onun sözlərinə görə, bu sahədə bacarıqların artırılması üçün beynəlxalq təcrübənin öyrənilməsinə  ehtiyac var. Xüsusilə qərarların qəbulu və icrasında QHT-lərin təsir imkanlarının genişləndirilməsi üçün addımlar atılmalı, təkliflər irəli sürülməlidir.

 Layihə çərçivəsində 8 mövzuda təlimlər keçiriləcək:

1. Azərbaycan Vətəndaş Cəmiyyətinin formalaşması və inkişafı
2. Vətəndaş cəmiyyətində iqtisadi layihələrin hazırlanması və idarəedilməsi
3. Vətəndaş Cəmiyyətində layihələrin planlaşdırılması
4. VCTlərdə Heyəti və Könüllüləri idarə etmək
5. VCTlər üçün Maliyyə Vəsaitinin Toplanması
6. VCTlər üçün Kommunikasiya
7. Vətəndaş Cəmiyyətində Vəkillik və Kampaniya
8. Şəbəkələşmə və Əlaqələrin qurulması

Bizim yeni xəbərlər və təlimlər haqqında məlumat almaq üçün

  cso@cesd.az ünvanına yazın və siz avtomatik olaraq yeniliklərdən xəbər tutacaqsınız.

 

 


Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir.

 

Bu veb sayt Avropa Birliyinin maliyyə yardımı ilə hazırlanmışdır. 

Bu saytın məzmunu Menecment Mərkəzinin və İSİM in məsuliyyətindədir və heç bir halda Avropa Birliyinin mövqeyini əks etdirmir.